“Con Kerri ilə bağlı açıqlanan plan heç vaxt həyata keçməyəcək”
Tarix: 29.04.2015 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


"Azərbaycana qarşı səlib yürüşünün yeni dalğası başlayıb. Bu cür addımlar birinci dəfə deyil. Azərbaycan müstəqillik qazanandan bəri, xüsusilə də, Heydər Əliyevin hakimiyyətə qayıdıb dövləti gücləndirmək yönündə işlərə başlamasından sonra vaxtaşırı ölkəmizi zəiflətmək, təzyiqlər altında saxlamaq naminə hücumlar olur". Bunu “Trend”ə millət vəkili, politoloq Aydın Mirzəzadə antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı əldə olunan sənədləri şərh edərkən deyib.
A.Mirzəzadə deyib ki, Azərbaycan müxtəlif zamanlarda etmədiyi işlərə görə ittiham olunur, az qala ölkəmizi izolyasiyaya salmaq cəhdləri göstərilir: "Burada bir səbəb var. Azərbaycanın müstəqil daxili və xarici siyasət yeritməsi müəyyən dairələri ciddi narahat edir. Müəyyən güclər Azərbaycanı özünün forpostuna çevirməyə çalışır. Bəzi iri şirkətlərin Azərbaycanda arzuladıqları çoxmilyardlıq gəlirləri əldən çıxdığına görə ölkəmizdən qisas almağa çalışırlar. Ölkədə neftdən gələn gəlirlərin iqtisadi və sosial problemlərin həll edilməsinə, güclü dövlət yaradılmasına yönəldilməsi onları razı salmır. Bu gün Azərbaycanın Liviya və Suriya ilə eyni vəziyyətdə olması onlara daha çox sərf edərdi. Bu, bir sıra dairələrə ona görə lazımdır ki, Azərbaycanı öz təsirləri altında saxlasınlar və davamlı şəkildə öz istəklərini həyata keçirsinlər, istənilən vaxt müdaxilə imkanına malik olsunlar. Lakin bu onlarda alınmır".
Deputat qeyd edib ki, Azərbaycan heç vaxt heç kimin forpostu olmayıb, heç bir xarici gücün siyasi sifarişlərini icra etməyib: "Buna görə də, gah rəngli inqilablar, gah “Azərbaycan baharı” reallaşdırmaq, gah da Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq üçün cəhdlər göstərilir. Con Kerri ilə bağlı açıqlanan plan isə yeni mərhələdir. Amma onlar yaxşı başa düşürlər ki, bu plan heç vaxt həyata keçməyəcək. Birincisi, Azərbaycanda ciddi sosial problemlər yoxdur. İkincisi isə, o dariələrin Azərbaycanda güclü sosial bazası yoxdur. Buna görə, ölkədə “beşinci kolon” yaratmaq uğrunda mübarizə aparırlar. Planın adı öz mahiyyətini göstərir: "Azərbaycanı öz yerinə oturtmaq lazımdır". Məqsəd Azərbaycanı 1993-cü il iyunun 15-dən əvvəlki vəziyyətə qaytarmaq, ölkəni problemlərlə boğmaqdır. Plan iki illikdir. Lakin irəlidə ABŞ-da prezident seçkiləri və hakimiyyət dəyişikliyi baş verəcək. Sadəcə müəyyən şəxslər bu kampaniyadan siyasi dividentlər götürməyə çalışırlar. Həm də “demokratiya naminə” ayrılan pulları asanlıqla silə biləcəklər. Nəticə olaraq bu plan uğursuzluğa məhkumdur"




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info