Saakaşvili: “Avropa Azərbaycana ikiüzlü yanaşır”
Tarix: 29.04.2015 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


“Avropada deyirlər ki, bəli, biz Rusiyaya hörmətlə yanaşmalıyıq. Amma Azərbaycanda insan hüquqlarının pozulması var. Bu, ikiüzlü yanaşmadır. Bu o deməkdir ki, güclüyə gücümüz çatmır, onda gəlin balaca ölkəni döyək”.
Bunu Gürcüstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəxlalq Mərkəzinin üzvü Mixail Saakaşvili bu gün Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda “Avropa İttifaqı və onun qonşuluq siyasəti” mövzusuna həsr edilmiş paneldə çıxış edərkən deyib.
Azərbaycanda olan inkişafı və sosial rifahın yüksəldilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirən M.Saakaşvili Avropa İttifaqını bu ölkəyə yanaşmada ikiüzlülükdə ittiham edib: “Hər dəfə Azərbaycana gələndə görürəm ki, insanlara yanaşmaların dəyişməsi var. Mən Azərbaycanı hələ Sovet vaxtı da görmüşəm. 2003-cü ildən sonra rəsmi olaraq da bura gəlmişəm. O vaxt Azərbaycanda yoxsulluq 50 faiz idi, indi çox azalıb. Bu, Azərbaycanın müsbət yanaşmasıdır”.
Onun fikrincə, Avropa Azərbaycanla tərəfdaşlığın inkişafına diqqət yetirməlidir: “Avropa üçün real alternativ enerji mənbəyi hələ ki, Azərbaycan və bu ölkə vasitəsilə Türkmənistan qazı olacaq. Ona görə də, Avropa Azərbaycanla daha yaxından tərəfdaşlıq etməlidir. Ümid edirəm ki, bu, nəhayət avropalıların beyinlərinə girəcək”.
Gürcüstanın sabiq prezidenti deyib ki, Avropa Azərbaycana rəğbət bəsləməlidir: “Azərbaycan bu illər ərzində dəqiq yolunu seçib. Dünyada hamı İslam adı ilə təhdid çağırışlarını başa düşür. Azərbaycan Avropaya qarşı “islamçı”, ekstremist təhdidlərin qarşısını alan ölkədir. O, bir çox ölkələrlə müqayisədə daha liberal və müasirləşdirmə yolunu seçib. Ona görə də Azərbaycana rəğbət qazandırmalıyıq. Avropa cəmiyyəti də bunu bilməli və anlamalıdır”
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info