ABŞ-da kütləvi həbslər
Tarix: 29.04.2015 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


ABŞ-ın Baltimor şəhərində ötən gecə daha 10 nəfər həbs edib, ümumilikdə isə vəziyyət sabitdir. Bu barədə mətbuat konfransında şəhərin polis komissarı Entoni Betts məlumat verib.
TASS xəbər verir ki, polis rəisinin sözlərinə görə, buna baxmayaraq milli qvardiyanın dəstələri sabitliyi qorumaq üçün iğtişaşların baş verdiyi şimal-qərb küçələrinə göndəriləcək.
Xatırladaq ki, aprelin 27-də polis tərəfindən saxlanılan zamanı həyatını itirən qaradərili Freddi Qreyin dəfnindən sonra Baltimor şəhərində nümayişlər başlayıb. Nümayişlərin ardından baş verən kütləvi iğtişaşlar soyğunçuluq və polisə qarşı zorakılıq halları ilə müşayiət olunub. Hadisələr zamanı ümumilikdə 144 avtomobil və 15 bina yandırılıb, 15 polis əməkdaşı yaralanıb. Ötən gün ərzində iğtişaşlarda iştirak edən 200 nəfərin həbs olunduğu bildirilir. Şəhərdə fövqəladə vəziyyət və komendant saatı rejimi elan edilib, məktəblərdə məşğələlər dayandırılıb.
Qeyd edək ki, ABŞ-da son zamanlar polisin qaradərili vətəndaşlara qarşı lazımsız güc tətbiq etməsi səbəbi ilə tez-tez kütləvi iğtişaşlar baş verir. 2014-cü ilin avqust ayında silahsız Afrika əsilli şəxsin polis tərəfindən öldürülməsindən sonra Missuri ştatında yerləşən Ferqüson şəhərində, daha sonra isə ABŞ-ın başqa bölgələrində, o cümlədən Nyu-Yorkda və Şimali Karolina ştatında yerləşən Çarlston şəhərlərində də buna bənzər hadisələr və etiraz aksiyaları qeydə alınmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info