Heydər Əliyev Fondunun dəstəyi ilə “Hədəf Bakıdır” filmi istehsal edilib
Tarix: 29.04.2015 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin mayın 4-də təqdimat mərasimi keçiriləcək. Fonddan verilən məlumata görə, ilk nümayiş Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).
Filmin süjet xətti Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.
1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanında Azərbaycandan 700 min adam cəbhəyə yollanıb, onların 400 mindən çoxu döyüşlərdə canından keçib. Amma Azərbaycan bu müharibədə təkcə insan resursları ilə iştirak etməyib. Həmin illərdə Azərbaycan nefti qələbənin əldə edilməsində müstəsna rol oynayıb. Belə ki, Böyük Vətən müharibəsi zamanında SSRİ-də hasil olunan neftin 72 faizini Bakı verirdi. Bu isə o deməkdir ki, döyüşə gedən hər 10 tankın, hər 10 təyyarənin 7-si Bakı nefti ilə işləyirdi.
“2015-ci il mayın 9-da faşizm üzərində qələbənin 70 illik yubileyi qeyd edilir. Bu Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır”-deyə filmin baş prodüseri Arzu Əliyeva izləyicilərə müraciətində qeyd edir.
Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır. Tamaşaçilar, həmçinin İkinci Dünya müharibəsinin ayrı-ayrı döyüş səhnələrinə dair bu günə kimi nümayiş etdirilməyən video kardları yeni təqdimatda – bərpa olunmuş rəngli formatda seyr edəcəklər.
Bu sənədli ekran əsəri Azərbaycan dili ilə yanaşı rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.
Heydər Əliyev Mərkəzindəki təqdimat mərasimindən sonra filmin mayın 8, 9-u və 10-da “National Geographic” kanalı vasitəsi ilə 26 ölkə üzrə nümayişi keçiriləcək.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info