Ermənistan ordusu əsgərlikdən qaçanların pulu ilə təchiz ediləcək
Tarix: 29.04.2015 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Ermənistan parlamentində qəbul edilmiş yeni qərar bu ildə varlı ermənilərin balalarının əsgərlikdən yayınmasına yardım edəcək.
Buna dünən parlamentdə "Mövcud qaydanın pozuntusu ilə icbari hərbi xidmət keçməyən vətəndaşlar haqqında" qanuna edilmiş düzəliş imkan verir. Beləliklə qanunun qüvvədə qaldığı müddət daha bir il uzadılıb.
Qanuna görə, 27 yaşına qədər hərbi xidmətdən yayınaraq xaricdə qalmış Ermənistan vətəndaşları geri qayıdarkən müəyyən pul ödəməklə cinayət məsuliyyətindən yaxa qurtara bilərlər. Ermənistan diaspora naziri Hranuş Akopyan qanunu çox yararlı sayıb. Onun fikrincə, bu, həm ermənilərin geri qayıtmasına imkan yaradır, həm də müəyyən maddi imkan yaradır. Əldə edilən pul xüsusi hesaba köçürülərək ordunun maddi-texniki təchizatına yönəldilir.
2013-cü ildə də həmin hesaba 801 milyon 230 min dram (təxminən 2 milyon dollar) daxil olub. Geri qayıdan şəxs minimum əmək haqqının təxminən 100 mislini ödədikdən sonra cinayət məsuliyyətindən yaxa qurtarır. Həmin vaxt Ermənistanda minimum əmək haqqı 45 min dram olub. Yəni təxminən 200-ə yaxın erməni gənci adambaşına 10 min dollara yaxın vəsait ödəyərək cinayət məsuliyyətindən yaxa qurtara bilib.
Ermənistan ordusuna isə ildə ən azı 20 min yeni hərbçi lazımdır. Bu minvalla hər 100 ermənidən biri pul verib canını qurtara biləcək. Qalanlarının isə qarşısında iki yol var - nisbətən imkanlılar təyyarəyə bilet pulu tapan kimi aradan çıxıb ölkəni birdəfəlik tərk edəcəklər, imkansızların isə işğal edilmiş Azərbaycan torpağına göndərilərək qəfil güllədən ölməkdən başqa şansı qalmır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info