“Baltimorda nələrin baş verdiyi orada vəziyyətin əla olmasından xəbər vermir”
Tarix: 29.04.2015 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


"Beynəlxalq münasibətlərdə ən böyük böhran ədalət böhranıdır. Ədalət yoxdur. İlk Avropa Oyunları ərəfəsində hər gün Azərbaycana qarşı qərəzli münasibət müşahidə edirik. Azərbaycana münasibət, Azərbaycanla bağlı atılan addımlar qərəzlidir".
Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda “Avropa İttifaqı və onun qonşuluq siyasəti” mövzusuna həsr edilmiş paneldə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu gün dünyada müharibə ab-havası var: "Biz həm də gərək özümüzdən soruşaq. Nə üçün belə qısa müddətdə belə bir ab-hava özünü göstərir? 20-25 il ərzində beynəlxalq aləmdə beynəlxalq hüququn norma və prinsipləri yox, böyük dövlətlərin iqtisadi, siyasi, geosiyasi maraqlarının ortaya qoyulması belə bir vəziyyətə gətirib çıxardı. Əvvəllər dünyada 10-a yaxın qaynar nöqtə var idi. Bu gün isə 50-yə yaxındır. Bu elə-belə baş vermir”.
N.Məmmədov qeyd edib ki, geosiyasi oyunların nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, Dağlıq Qarabağ problemi ortaya çıxdı: "Lakin bu vaxta qədər beynəlxalq hüquqa əsaslanan fikir söylənilmir. Bu məsələ ATƏT-in Minsk Qrupunun monopoliyasına çevrilib. Bilə-bilə ki, Minsk Qrupu bu problemi həll edə bilməz”.
PA rəsmisinin fikrincə, vaxtilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərar olsa idi, ondan sonrakı münaqişələr də olmazdı:
"Nə Gürcüstanla, nə Moldova, nə də Ukrayna ilə bağlı. Amma beynəlxalq hüquqa belə münasibət elə bir vəziyyətə gətirib çıxarıb ki, bu günlərdə beynəlxalq aləmdə çox böyük gərginlik var və hələlik onun hara aparacağı barədə də proqnozlar da vermək mümkün deyil, çox çətindir. Nə üçün belə olmalıdır və nə üçün belə oldu?”
PA rəsmisi bildirib ki, Azərbaycan həm müsəlman aləminin bir hissəsi olan, eyni zamanda Qərb dünyasında nümunəvi, model ola bilən dövlətdir. Lakin yerləşdiyi geosiyasi mövqedə bu elə də asan iş deyil, amma Azərbaycan rəhbərliyi bunun üçün hər şeyi edir:
“Bu gün ABŞ-da Baltimorda nələrin baş verdiyi orada vəziyyətin əla olmasından xəbər vermir. Amma biz hər gün, hər an Azərbaycanı təzyiq altında saxlamaq iddiasını görürük. Buna mətbuat, QHT-lər də qoşulur, maliyyə dəstəyi də ayrılır. Axı nə üçün belə olmalıdır? Azərbaycan bu gün nümunəvi stabillik, təhlükəsizlik və inkişaf nümayiş etdirir".
N.Məmmədov sual edib ki, beynəlxalq aləm, Avropa və Qərb Azərbaycana səmimi və ədalətli mövqe nümayiş etdirirsə, nə üçün Azərbaycanın ərazilərinin 25 ildir işğal altında qalması haqqında bir dəfə olsun beynəlxalq hüququ xatırlada bilən bir fikir söyləmirlər?
"Burada insan haqlarının pozulmasından söhbət gedə bilməz. Ola bilər ki, kiminsə hüquqlarının pozulması olsun. Onu tənqid etmək lazımdır. Amma 1 milyona yaxın azərbaycanlının bütün fundamental hüquqları, yaşamaq hüququ belə pozulur, amma bir qəzet, bir QHT, bir dövlət nümayəndəsi bir şey demirsə, bu necə ola bilər?".
N.Məmmədov vurğulayıb ki, bu gün beynəlxalq münasibətlərdə ədalətin olmaması indiki vəziyyətə gətirib: "İndiki vəziyyət nə Qərb və Avropa üçün yaxşıdır, nə də bizim üçün. 21-ci əsrin insan təfəkkürünün, intellektinin bu cür inkişaf etdiyi dövrdə tamam başqa bir situasiya yaranmalıydı. Amma bunu tam əksini görürük. Nə üçün belə olmalıydı? Nə üçün bura gəlib çıxmalı idi?".

PA rəsmisi bildirib ki, Azərbaycan 2012-ci ildə "Eurovision" mahnı festivalında qalib gəldi: "Bunun ərəfəsində bizə olan hücumların nə dərəcədə olduğunu bilirsinizmi? Biz təəccüblənirik. Bəlkə bu hadisə xatirinə bir az fasilə verərlər. Yox, olmadı. Qədim Yunanıstanda belə bir qayda vardı. Olimpiada olan zaman bütün düşmənçiliklərə fasilə verərdilər, çağırış edərdilər. Əslində Beynəlxalq Olimpiya Komitəsi müdrik addım ataraq ilk Avropa Oyunlarının təşkil edilməsini Azərbaycana təklif etdi. Çünki başqa alternativ yox idi. Ancaq bu ərəfədə bizə qarşı elə bir hücum, elə bir kütləvi təzyiq mexanizmi başlayıb ki, biz bunu təsəvvür edə bilmirdik. Bəlkə Avropa Oyunlarının keçirilməsinə imkan verib sonra başlayaydılar? İnanın, bu gün biz bildiklərimizin hamısını sizə desək, siz təəccüblənərsiniz”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info