Mesaad İbrahim Al-Sulaim: “Azərbaycanla iqtisadi-ticarət əlaqələrini genişləndirməkdə maraqlıyıq”
Tarix: 29.04.2015 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim Al-Sulaimi qəbul edib. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı rəsmi səfərlərin, xüsusilə Prezident İlham Əliyevin bu yaxınlarda Səudiyyə Ərəbistanı Krallığına səfərinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi əlaqələr də uğurla davam edir və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var. Nazir Şahin Mustafayev neft-kimya, kənd təsərrüfatı, turizm, investisiya qoyuluşu, birgə investisiya fondunun yaradılması və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim Al-Sulaim ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulamış, iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Görüşdə may ayında Səudiyyə Ərəbistanı Krallığının Ticarət və sənaye nazirinin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri, səfər çərçivəsində keçiriləcək biznes forum və ikitərəfli görüşlər barədə ətraflı müzakirələr aparılıb.

İlkin







 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info