“Jewish Journal”: “Ermənistan Holokostda iştirak etmiş faşistlərin xatirəsini əbədiləşdirir”
Tarix: 29.04.2015 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Amerikada nəşr olunan nüfuzlu “Jewish Journal” yəhudi qəzetinin dünənki nömrəsində beynəlxalq münasibətlər sahəsində israilli ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-nin rəhbəri Arye Qutun “Ermənistan Holokostda iştirak etmiş faşistlərin və antisemitlərin xatirəsini əbədiləşdirir” sərlövhəli məqaləsi dərc edilib.
Məqalə müəllifi qeyd edir ki, bir neçə gün əvvəl Ermənistanın sabiq baş naziri Qrant Baqratyan Holokost aktının tanınması haqqında qətnamə layihəsini ölkənin qanunverici orqanına baxılmaq üçün təqdim edib. Bu qərarın səbəbini KİV-ə açıqlayan deputat deyib: “Bəziləri deyirlər, nə qədər ki, İsrail “erməni soyqırımı”nı tanımayıb, biz də Holokost aktını tanımamalıyıq. Bu, Ermənistanda antisemitizmin dövlət səviyyəsində olmasının daha bir təsdiqi deyilmi?”.
Arye Qut vurğulayır ki, dünya ictimaiyyəti artıq Nürnberq prosesinin ardından Holokost aktını Avropa yəhudilərinin soyqırımı kimi tanıdıqdan sonra da, görünür, Ermənistan bunu tanımağa nəinki hazırlaşmır, hətta İsraildən qondarma “erməni soyqırımı”nı tanımağı tələb edir. İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-nin rəhbəri Arye Qut qeyd edir ki, “Alman faşistləri Avropada 6 milyon yəhudini ona görə məhv etmişdi ki, onlar yəhudi idilər; ermənilər isə onlara Osmanlı imperiyası ərazisində öz dövlətlərini qurmağı vəd edən çar Rusiyasının qurbanı olublar”.
Sovet İttifaqının dağılmasından sonra Ermənistanda yəhudi azlığı və yəhudi xalqının irsinin kəskin surətdə azaldığını bildirən müəllif yazır: “Ermənistanda antisemit əhval-ruhiyyənin güclənməsi və indiyədək davam edən iqtisadi tənəzzül yəhudiləri Ermənistandan getməyə məcbur edib. Ermənistanda indiyədək yəhudilərə qarşı güc tətbiq edilir. Bu təzyiq antisemit kitabların nəşrində, televiziyada antisemit proqramların aparılmasında, habelə Yerevanda Holokost qurbanlarının xatirə lövhəsinin dəfələrlə təhqir edilməsində özünü göstərir. Sirr deyil ki, oxşar faktlarla digər ölkələrdə də qarşılaşmaq olar ki, bunun da səbəbi əhalinin müəyyən hissəsinin məlumatsızlığıdır”.
Arye Qut məqaləsində Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun nüfuzlu alimi Moisey Bekkerin məlumatlarına istinad edir. Moisey Bekker bir neçə il əvvəl “Ermənistanda antisemitizm” adlı hesabatında göstərmişdi ki, erməni tarixi dərsliklərində və Ermənistanın kütləvi informasiya vasitələrində “Daşnaksütyun” təşkilatının fəalı, məşhur erməni antisemiti, daha çox “Dro” ləqəbi ilə məşhur olan Dramastamat Kanayanın həddindən artıq tərifləndiyi faktını məhz Rimma Varjapetyan qeyd etmişdi. “Xatırlamaq lazımdır ki, İkinci Dünya müharibəsində general Dro minlərlə yəhudilərin məhv edilməsində şəxsən iştirak edib. Varjapetyanın fikrincə, bu gün azad Ermənistana məhz belə “pəhləvan”, parlaq antisemit və faşist lazımdır. Bu, ölkənin indiki hakimiyyətinə özünün ekspansionist planlarına bəraət qazandırması və böyüməkdə olan nəslin digər xalqlara qarşı nifrət ruhunda tərbiyə alması üçün lazımdır. Erməni tarixi dərsliklərində faşist və yəhudilərin məhv edilməsinin iştirakçısı olan şəxs qəhrəman kimi çatdırıldıqdan sonra bu, Varjapetyan və ya “yəhudi” xanım tərəfindən nə antisemitizm, nə də faşizmə bəraətdir. O, ermənilərin nasist cinayətlərinə onların məhz erməni olduqlarınamı görə bəraət qazandırmağa hazırdır?” – deyə məqalə müəllifi sual edir.
Arye Qut yazır ki, İkinci Dünya müharibəsi zamanı Vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlığını tarix heç zaman yaddan çıxarmayıb. “Millətçi sərkərdə Dro (o, minlərlə yəhudinin məhv edilməsində şəxsən iştirak edib) başda olmaqla Ermənistan legionunun məqsədi basqınlar törətmək, yəhudiləri qırmaq və alman ordusuna “yararsız” digər şəxsləri məhv etmək olub. Bununla yanaşı, erməni legionu həbs düşərgələrində ölüm marşları təşkil edib. Mərhum tarixçi Rövşən Mustafayevin “Ölüm tanqosu” kitabında erməni qruplaşmalarının yəhudi soyqırımında iştirakına dair çoxlu faktlar göstərilib. Bunlardan biri həmin “Dromedar” dəstəsinin Qərbi Krımdakı əməliyyatıdır. “1941-ci il noyabrın 16-dan dekabrın 15-dək 17645 yəhudi, 2504 karaim, 824 qaraçı və 212 partizan güllələnib. Simferopol, Yevpatoriya, Kerç, Feodosiya, habelə Qərbi Krımın digər rayonları yəhudilərdən təmizlənib” - deyə Rövşən Mustafayev yazıb. Avstriya tarixçisi Erik Fayql öz kitabında Dronun 1942-ci ilin dekabrında Himmlerin yanına getdiyinə dair belə bir qeyd var: “Dronun heç bir vicdan əzabı çəkmədən öldürmək təcrübəsi var idi. Bu isə Himmlerdə böyük təəssürat yaratmışdı”.
“Jewish Journal” qəzetində yer almış məqalədə müəllif onu da qeyd edir ki, bu gün Rusiyanın bir çox KİV-lərinin və Rusiya mədəni mühitinin bu faşistləri milli qəhrəman kimi təqdim etmək vasitəsinə çevrilə bilməsi böyük narahatlıq doğurur. Ermənistanın Rusiyadakı səfirinin 2014-cü il dekabrın 17-də dərc edilmiş müsahibəsini xatırlamaq kifayətdir. Həmin müsahibədə səfir tam mənası ilə bəyan edib: “Xalqın görkəmli oğlu Qareqin Njde hesab edirdi ki, “həyatın əsas qanunu şəxsiyyətin, cəmiyyətin və dövlətin özünütəkmilləşdirməsi uğrunda mübarizə aparmaqdır. Bu mübarizə ölkənin və xalqın durmadan tərəqqiyə doğru can atmasında ifadə olunur”.
İsrailli analitik məqaləsində daha sonra vurğulayır: “Düşünürəm ki, Ermənistan prezidenti Serj Sarkisyanın və nazir Seyran Ohanyanın simasında erməni generalı Dronun varisləri XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində qanlı kütləvi qətliam törədiblər. Bu baxımdan Serj Sarkisyanın təkcə “Xocalı hadisəsinə qədər azərbaycanlılar fikirləşirdilər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq – biz bu stereotipi qıra bildik” fikirlərini xatırlamaq kifayətdir. Bu sözlər real olaraq sübut edir ki, Serj Sarkisyan və onun Ermənistan hakimiyyətindəki klanı Dro Njdenin əsl və layiqli davamçılarıdır. Xocalıda inanılmaz vəhşilik və qəddarlıqla törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonlarının ən dəhşətli faciələrindən biri oldu. Bu kütləvi qətliamın qəddar və amansız səhnələri Azərbaycan xalqının ürəyində sağalmaz yara olaraq qalacaq. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir götürülüb, görünməmiş əzablara, təhqirlərə və alçaltmalara məruz qalıblar. Bu faciə bütün bəşəriyyətə qarşı törədilən cinayətdir”.
Təəssüf ki, Ermənistan hökuməti ölkədə artmaqda olan antisemitizmin qarşısını almaq uçun praktiki olaraq heç nə etmir. İsrailli ekspertin gəldiyi nəticə ondan ibarətdir ki, “Ermənistan millətçilik siyasətini həyata keçirdikcə, özünün iqtisadi və siyasi problemlərində başqalarını ittiham etdikcə, Ermənistanda qalan bir neçə yüz yəhudinin də vəziyyəti ağır olaraq qalacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info