The Guardian: “Fransız sülhməramlıları Afrikada kiçik uşaqları kütləvi şəkildə zorlayıblar”
Tarix: 29.04.2015 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Paula Donovan: “BMT-nin cinsi istismarın qurbanlarına qarşı dəhşətli etinasızlığı, sadəcə, ürəkbulandırıcıdır”
BMT-nin yardımlar üzrə işçisi Anders Kompass istintaqa fransız sülhməramlı qruplarının Mərkəzi Afrika Respublikasında uşaqları cinsi istismara məruz qoymaları barəsində daxili məruzə təqdim etməsinə görə işdən kənarlaşdırılıb. Bu barədə “The Guardian” yazır. İşlə bağlı mənbələr “The Guardian”a bildiriblər ki, Anders Kompass bu barədə sənədi fransız qurumlarına ötürüb, çünki BMT fransızların bu cinsi istismarını dayandırmaqda acizlik göstərib və məsələni ört-basdır etməyə çalışıb. Sözügedən məruzə, Mərkəzi Afrika Respublikasında beynəlxlaq sülhyaradıcı missiyanın bir qismi kimi yerləşdirilmiş fransız sülhyardıcı dəstələrinin, hətta 9 yaşlı uşaqları cinsi istismara məruz qoymalarını sənədləşdirir. Kompass ötən həftə BMT-nin mərkəzi Cenevrədə yerləşən Çöl əməliyyatları üzrə qurumunun direktoru vəzifəsindən kənarlaşdırılıb. O, BMT-nin “konfidensial məruzəsini sızdırmaqda” və “protokola əməl etməməkdə” günahlandırılır. O, BMT-nin daxili xətalar üzrə xidmət ofisinin təhqiqatı altındadır.
Qeyd edilir ki, cinsi istismarlar 2014-cü ilə aiddir. O zaman ölkədə BMT missiyası prosesləri qaydaya salmaqla məşğul olub.
Sözügedən sənəd isə “The Guardian”a Paula Donovan tərəfindən verilib. Məruzədə qeyd edilib ki, döyüşlərə görə yerlərindən köçməyə məcbur olmuş on minlərlə insanın arasında olan kiçik yaşlı uşaqlar fransız sülhməramlıları tərəfindən cinsi istismara məruz qalıblar. “Beynəlxalq Silahlı Qüvvələr tərəfindən uşaqların cinsi istismarı” başlıqlı və hər səhifəsində “məxfi” yazılan məruzə, müharibədə köməksiz, ac-susuz və evsiz-eşiksiz qalmış kiçik yaşlı oğlan uşaqlarının fransız sülhməramlıları tərəfindən zorlandığı və homoseksual əlaqəyə məcbur edildiyi barədə faktları təfsilatı ilə qeyd edir: “Halbuki həmin fransız sülhməramlıları onlara Mərkəzi Afrika Respublikasının paytaxtı Banguidə pənah aparmış bu ac-susuz uşaqları qorumalı imişlər”.

“Beynəlxalq Silahlı Qüvvələr tərəfindən uşaqların cinsi istismarı” başlıqlı və hər səhifəsində “məxfi” yazılan məruzə, müharibədə köməksiz, ac-susuz və evsiz-eşiksiz qalmış kiçik yaşlı oğlan uşaqlarının fransız sülhməramlıları tərəfindən zorlandığı və homoseksual əlaqəyə məcbur edildiyi barədə faktları təfsilatı ilə qeyd edir: “Halbuki həmin fransız sülhməramlıları onlara Mərkəzi Afrika Respublikasının paytaxtı Banguidə pənah aparmış bu ac-susuz uşaqları qorumalı
imişlər”


“Aids Free World” təşkilatının həmsədri olan Donovan qeyd edib: “Fransız sülhməramlıları tərəfindən uşaqların müntəzəm olaraq cinsi istismara məruz qalmaları artıq ifşa olunub və BMT-nin cinsi istismarın qurbanlarına qarşı dəhşətli etinasızlığı, sadəcə, ürəkbulandırıcıdır. Amma dəhşətli həqiqət odur ki, bu, qeyri-adi hal deyil. BMT-nin seksual zorakılığa qarşı instiktiv reaksiyası isə xaraktercə, saya almamaq, inkar etmək, ört-basdır etmək, gizlətməkdən başqa bir şey deyil və bu, tamamilə müstəqil bir araşdırıcı komissiya tərəfindən istintaq edilməlidir, həmin komissiya və onun apardığı istintaq isə başdan-ayağa tamamilə əlçatan və məhkəməyə çağırmağa tam səlahiyyətli olmalıdır”.
Göründüyü kimi, insan haqlarından dəm vuran Qərb öz “dəyərlərini” fürsət düşdükcə, dünyanın “gözdən-qulaqdan uzaq” zənn etdiyi yerlərində çox “səxavətlə” sərgiləyir. Bu gün özlərini dünyaya “demokratiya və insan hüquqları” carçıları kimi təqdim etməyə çalışan Qərb ölkələri əslində real davranışlarında digər xalqlaar, insanlar və sivilizasiyalarla qul kimi davrandıqlarını ortaya qoymuş olurlar. Belə olmasaydı, dünyanın digər ölkələrinin insanlarına hər mənada qul və istismar obyekti kimi yanaşmazdılar. Konkret olaraq, fransız sülhməramlıları isə bu cür qeyri-əxlaqi və insan heysiyyətini alçaldan davranışları ilə hələ də Əlcəzairdə və digər yerlərdə ötən əsrdə soyqırımları həyata keçirənlərin əsl varisləri olduqlarını isbatlayırlar.

“Dəhşətli həqiqət odur ki, bu, qeyri-adi hal deyil. BMT-nin seksual zorakılığa qarşı instiktiv reaksiyası isə saya almamaq, inkar etmək, ört-basdır etmək, gizlətməkdən başqa bir şey deyil və bu, tamamilə müstəqil bir araşdırıcı komissiya tərəfindən istintaq edilməlidir, həmin komissiya və onun apardığı istintaq isə başdan-ayağa tamamilə əlçatan və məhkəməyə çağırmağa tam səlahiyyətli olmalıdır”

Bu azmış kimi, dünya ölkələrinin sadəlövhcəsinə pənah apardığı, kömək umduğu BMT də onların bu davranışlarını ört-basdır edir, bunu ifşa edənləri isə cəzalandırır. Belə bir halda, BMT-nin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı qəbul etdiyi 822, 874 saylı qətnamələrinin niyə indiyə qədər kağız üzərində qaldıqlarını da anlamaq çətin deyil. Burada bir daha Qərb qurumlarının ikili standartları və dünya problemlərinin həllinə biganə yanaşdıqları göz önünə gəlmiş olur…
İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info