Kifayət Cəfərova: “Xarkovdan Avropa Oyunlarına gəlmək istəyənlərin sayı çoxdur”
Tarix: 30.04.2015 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Arifə Muxtarova: “Avropa Oyunları Azərbaycanı
dünyaya tanıdacaq”

Birinci Avropa Oyunlarının məşəl estafeti davam edir. Bu gün Azərbaycan mühüm beynəlxalq tədbirlərin təşkili, bunun üçün zəruri şəraitin təmin olunması və öz müasir sosial, iqtisadi və idman infrastrukturu ilə dünyanın aparıcı ölkələri ilə müqayisə oluna bilər.
Ekspertlərin rəylərinə əsasən, Azərbaycanda mövcud imkanlar istənilən səviyyəli beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etməyə imkan verir. Ölkə başçısı da bildirib ki, Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil: “Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla əlbəttə ki, tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər”. Hazırda xaricdə yaşayan soydaşlarımız da Bakıda birinci Avropa Oyunlarının keçirilməsini yüksək qiymətləndirir və bunun təbliğində mühüm rol oynadığını bildirirlər:
Xaricdə yaşayan soydaşlarımızdan biri, Simferopolda yaşayan Arifə Muxtarova bildirdi ki, "Bakı 2015" Avropa Oyunları ilə bağlı məlumata malikdir: “Biz vətənsevər azərbaycanlılar Vətənimizdə baş verən kiçicik dəyişikliklərdən belə, xəbər tutmalıyıq. Necə deyərlər, diqqətimiz Vətənə sarı yönəlməlidir. Ürəyi Vətənlə döyünən insanlar Vətənin acı gününə kədərlənməli, xoş gününə isə sevinməlidirlər. Şükürlər olsun ki, Vətənimizdən sevindirici xəbərlər lazımi saydadır. Bəli, bu oyunlarla bağlı istərdim Vətəndə olam. Vətən belə hallarda vətənsevərləri başına yığarsa, çox gözəl olar. Axı xoş gündə bir yerdə olmalı və əl-ələ verərək qəlbən sevinməliyik. Dostlarımdan da bu yaddaqalan hadisə ilə bağlı Vətənə getmək istəyənlər çoxdur. Bakıda keçiriləcək Avropa Oyunları öz müsbət təsirini göstərəcək. Bəlkə də bu, bütün Avropa üçün yaddaqalan hadisə olacaq və böyük dönüş etmiş olacaq. Avropa Oyunları Azərbaycanı dünyaya tanıdacaq. Məni ən çox maraqlandıran idman növü sambodur. Bu idman növünə qarşı məhəbbətim lap uşaqlıqdan yaranıb. Çünki atam və dörd qardaşım bu idman növü ilə məşğul olublar. Gözümü açandan bu idman növünə qarşı ailəmizdə məhəbbət görmüşəm. Çox şadam ki, bu gün Vətənimiz Azərbaycan günü-gündən gözəlləşir və bütün dünyanı öz ağuşuna almağı bacarır. Bəli, Vətənimizin qəlbi məhəbbətlə döyünür ki, bu məhəbbət tükənməz, sonsuzdur”.

“Avropa Oyunları Azərbaycanın tarixində silinməz izlər buraxacaq”
Digər soydaşımız, Xarkov şəhərində yaşayan Kifayət Cəfərova isə bildirdi ki, o da Avropa Oyunları ilə əlaqədar ətraflı məlumata malikdir: “ Bu oyunlara tamaşa etmək üçün Bakıya gəlmək istərdik, özümüzü çox xoşbəxt hiss edərdik. Xarkovdan Avropa Oyunlarına gəlmək istəyənlərin sayı çoxdur. Bu istəklər reallaşsa, çox məmnun qalarlar. Azərbaycana paxıllıq edənlərin sayı artacaq, bu da, haradasa Avropa idmanı üçün adrenalin olacaq. Ziddiyyət olmasa inkişaf olmaz, dialektikanın qanunudur. Hansı idman növünə marağa gəldikdə isə o baxır, hansı ölkənin hansı idman növü ilə bağlı qalib olmağa ümidi var. Məncə, güləş növü ən maraqlı idman novudur. Bu gün Azərbaycanın belə çiçəklənməsinə gəldikdə isə onu sevənlər daha da sevinirlər. İnanıram ki, birinci Avropa Oyunları da Azərbaycanın tarixində silinməz izlər buraxacaq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info