Erik Kraus: “Vaşinqtonun xarici siyasəti ölkənin maraqlarına uyğun deyil”
Tarix: 30.04.2015 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Huffington Post: “Vaşinqtonun bundan sonrakı təzyiqləri Moskva ilə Pekin
arasında münasibətlərin daha da yaxınlaşmasına
stimul yaradacaq”

“Xarici siyasətində həddindən artıq ideologiya aludəliyi və Moskvanı “təcrid” etməyə çalışan Vaşinqtonun bu vəziyyətindən Çin məharətlə yararlanaraq Rusiya ilə əməkdaşlığı genişləndirməyə başlayıb”. Bu fikirləri amerikalı siyasətçi Dina Beydi “Huffington Post” nəşrində çap edilən məqaləsində qeyd edib. “Qərbin həddindən artıq ideologiyalaşan xarici siyasətindən fərqli olaraq, Çin dünya səhnəsində yaxşı praqmatizm nümayiş etdirir.
Soyuq müharibə dövründə amerikalı prezident Riçard Niksonun Çinin rəhbəri Mao Tzedunla görüşü ABŞ-ın xarici siyasətinin böyük uğuru idi. Bu görüş Çin-ABŞ münasibətlərinin normallaşmasının başlanğıcı idi. Kommunist blokunda fikri ayrılığından istifadə edən Vaşinqton Sovet İttifaqına münasibətdə mövqeyini xeyli yaxşılaşdırmışdı. Doğrudur, Niksonun bu addımı həmin dövrdə “demokratiya məsələlərinə diqqət verilməməsinə” görə tənqidlə üzləşmişdi. Amma Nikson üçün ideologiyadan çox, strateji məqsədlər önəm kəsb edirdi”- deyə ekspert qeyd edib. Siyasətçi Beydinin fikrincə, bu gün vəziyyət əksinədir. Belə ki, bu dəfə Çin Rusiya və Qərb arasındakı ziddiyyətlərdən məharətlə istifadə edir: “Ukraynada yaşanan böhran Pekinə Rusiya ilə "strateji tərəfdaşlıq" münasibətlərini genişləndirməyə geniş imkanlar yaratdı. Çin sanksiyalar rejimində iştirak etməyən böyük dövlət oldu”. Unudulmamalıdır ki, Moskva ilə Pekin arasında diplomatik əlaqələr əvvəllər də mövcud idi. Lakin Qərbin Rusiyaya qarşı yeritdiyi son sanksiya siyasətindən Çin çox məharətlə istifadə etdi: “Belə görünür ki, Vaşinqtonun bundan sonrakı təzyiqləri Moskva ilə Pekin arasında münasibətlərin daha da yaxınlaşmasına stimul yaradacaq”. Amerikalı siyasətçinin qənaətincə, Çinin bu mövqeyi ABŞ üçün sürpriz deyil. Pekinin bu siyasəti bir vaxtlar prezident Nikson tərəfindən həyata keçirilən siyasətdən o qədər də fərqlənmir: “Buradan da aydın görünür ki, hər bir ölkənin milli maraqları həmin ölkənin ideoloji mülahizələrindən yuxarıda dayanmalıdır. Çin Rusiya ilə iqtisadi əlaqələri dərinləşdirməklə, Qərbin Rusiyaya qarşı sanksiyalarının təsirini də azaltmağı bacardı”. Beydiyə görə, ABŞ Rusiyanı "təcrid" etmək və Çini neytrallıqda suçlamaqdansa yaxşı olar ki, praqmatik siyasət həyata keçirsin. Qeyd edək ki, Vaşinqtonun siyasəti barədə fransalı iqtisadçı Erik Kraus da mənfi fikirdədir. O, “Sputnik” nəşrinə verdiyi açıqlamada Amerikanın siyasətini bəsirətsiz siyasət kimi təqdim edir. Krausa görə, Vaşinqtonun xarici siyasəti ölkənin maraqlarına uyğun deyil. Onun fikrincə, ABŞ-ın hazırkı siyasəti Çinin Rusiya ilə yaxınlaşmasının əsas stimullarından biri kimi çıxış edir. Dünyanın çoxqütblü olduğu bir vaxtda, Amerika Birləşmiş Ştatları ən böyük iqtisadi güc statusunu tədricən itirməyə doğru gedir. Bundan isə ən çox inkişaf etməkdə olan ölkələr qazanacaq. Krausa görə, bu istiqamətdə Amerika Birləşmiş Ştatları böyük bir yanlışlığa yol vermiş olur: “Pekini öz tərəfinə çəkmək, beynəlxalq maliyyə institutlarında Çinin payının artırılmasına çalışmaq əvəzinə, Vaşinqton Pekini paralel təşkilatlar yaratmağa sövq edir. Çin özü üşün daha sərfəli olan sistem yaratmağa çalışaraq dollar sistemindən uzaqlaşır, ABŞ-ın nəzarətində olan maliyyə institutlarına alternativlər yaradır: “Eyni zamanda həm Rusiyaya hücum etmək və Çinin qarşısını kəsməyə çalışmaqla ABŞ son nəticədə iki ölkə arasında qorxulu yuxusuna çevriləcək ittifaqın yaranmasına kömək edir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info