Norman Graham: “Avropa Oyunları Azərbaycan üçün böyük uğurdur”
Tarix: 30.04.2015 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Sesh Velamoor: “Avropalılar Azərbaycanı daha yaxşı
tanıyacaqlar”

III Qlobal Bakı Forumunda onlarla ölkədən nüfuzlu qonaqlar iştirak edir. Bu qonaqlardan bir neçəsi Azərbaycan, İlk Avropa Oyunları ilə bağlı fikirlərini eksklüziv olaraq “Palitra”ya bildirdilər. Miçiqan Dövlət Universitetinin professoru Norman Graham dedi ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox gözəl ideyadır: “Bu Oyunların Bakıda keçirilməsi Azərbaycan üçün böyük uğurdur. Bundan sonra Azərbaycan Avropanın daha çox diqqətini çəkəcək”.
Azərbaycanda 7-ci dəfədir ki, olduğunu deyən N.Graham İlk Avropa Oyunlarına da tamaşa etməyə gələcəyini bildirdi. ABŞ-ın Gələcək üçün Fond proqramının direktoru Sesh Velamoor da İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsini müsbət qiymətləndirdi: “Avropa idman tarixində yeni bir era başlanacaq. Eyni zamanda avropalılar Azərbaycanı daha yaxşı tanıyacaqlar”.
Kanadanın “ideaconnector.net” saytının rəhbəri və Yerli Sahibkarlar Birliyinin şöbə müdiri David Harries “Bakı 2015”in keçirilməsinin çox vacib olduğunu dedi: “İdman böyük yol keçib. Bu yolda İlk Avropa Oyunları özünəməxsus iz qoyacaq. Bu kimi yarışlar müxtəlif millətlərdən olan insanların bir yerdə olmasına, həmrəyləşməsinə də xidmət edir”. David Harries İlk Avropa Oyunlarında əsasən gənc idmançıların bol şanslar qazanacaqlarını qeyd etdi.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönie isə “Bakı 2015”in Avropa idman tarixində yeni səhifə açacağını dedi: “Bu Oyunların Bakıda keçirilməsi bir nümunə olacaq. Fikrimcə, idman həm də bir mədəniyyətdir. Çünki idmanın dili yoxdur. İdmanda insanlar Azərbaycan, fransız, rus və s. dillərdə danışmağa ehtiyac bilmirlər. İdman insanları birləşdirmək baxımından çox gözəl vasitədir”.
Çexiya Respublikasının deputatı Marie Marvanova isə İlk Avropa Oyunlarının fikir və düşüncələri dəyişəcəyini vurğuladı: “Görürəm ki, ölkədə İlk Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq gedir. İnanıram ki, Azərbaycan bu işin öhdəsindən layiqincə gələcək. Sevinirəm ki, Çexiyadan da bu Oyunlarda çoxlu idmançılar iştirak edəcək”. Marie Marvanova Azərbaycanı çox bəyəndiyini dedi: “Azərbaycan belə gözəl ölkə olduğunu bilmirdim. Burada qonaqpərvər insanlar, səliqəli küçələr, görməli yerlər var. Azərbaycan kimi ölkəni sevməmək olmaz”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info