“Avropa Oyunları Azərbaycanın dünyada daha möhkəm mövqe tutmasına şərait yaradacaq”
Tarix: 30.04.2015 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


“Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları ölkə iqtisadiyyatına həm yaxın, həm də uzaq perspektivdə böyük faydalar gətirəcək”. Bu barədə “Trend”ə isveçrəli ekspert Andrej Baster deyib.
A.Baster bildirib ki, məlum olduğu kimi, bu Oyunlar televiziya vasitəsilə dünyanın bir çox ölkələrində yayımlanacaq və 100 milyonlarla insan bu Oyunlara tamaşa edəcək:
“O cümlədən bu Oyunları izləmək üçün Azərbaycana on minlərlə turist gələcək. Təbii ki, bunlar Azərbaycan iqtisadiyyatına müsbət mənada mühüm təsir göstərəcək. Avropada, Amerikada, Asiyada, eləcə də dünyanın digər ərazilərində çox sayda insan Azərbaycan haqqında, onun turizm potensialı barədə geniş məlumat əldə edəcək ki, bu da turistləri cəlb etmək üçün bir maqnit effekti verəcək və ölkədə turizmin genişlənməsinə mühüm töhfə verəcək”.
A.Baster vurğulayıb ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi eyni zamanda ölkənin beynəlxalq imicinin də yüksəlməsinə səbəb olacaq:
“Azərbaycan onsuz da beynəlxalq aləmdə böyük nüfuza malikdir. Ancaq hesab edirəm ki, bu Oyunlar Azərbaycanın həm regionda, həm də dünyada daha möhkəm mövqe tutmasına şərait yaradacaq”.
A.Baster İlk Avropa Oyunlarının dünyada və regionda idmanın inkişafına da mühüm təsir edəcəyini bildirib: “Adətən bu cür böyük beynəlxalq yarışlar Avropa, Amerika və Asiya regionunda keçirilirdi, lakin bu dəfə Azərbaycan belə bir möhtəşəm yarışmaya ev sahibliyi edir ki, bu da regionda idmanın inkişafına mühüm təsir göstərəcək”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info