QMİ sədri: “Qarabağ münaqişəsi həll olunmayana qədər Qafqazda sülhdən danışmaq olmaz”
Tarix: 30.04.2015 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
QMİ mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, xüsusi nümayəndənin siyasi məsələlər üzrə məsləhətçiləri Atanas Baltov və Tom Trayer daxildir.
Allahşükür Paşazadə görüş zamanı Azərbaycanda dövlət-din münasibətlərindən və mövcud dini tolerantlıq ənənələrindən danışaraq deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar: “Heç vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb. Qanunlarımız digər azadlıqlarla bərabər, dini etiqad azadlığına da təminat verir. Burada məbədlər tikilir və bərpa edilir. Keçmiş Sovet İttifaqı dövründə cəmi 17 məscidimiz var idi. İndi isə onların sayı 2 mini ötüb. Bizdəki dinlərarası dialoqun dünyada analoqu yoxdur”.
Allahşükür Paşazadə Qafqazdakı vəziyyətlə bağlı ciddi narahatlığını diqqətə çatdırıb. O bildirib ki, bu yaxınlarda Ermənistan qondarma erməni soyqırımının 100 illiyini qeyd edib, halbuki onun özü təcavüzkardır və Azərbaycanın yeddi rayonunu işğal edib, erməni ekstremistləri Xocalı soyqırımını həyata keçiriblər: “Qarabağ münaqişəsi həll olunmayana qədər Qafqazda sülhdən danışmaq olmaz”.
H.Salber dini liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllində nə kimi rol oynadıqları və perspektivdə onların rolunu gücləndirmək üçün nə etmək lazım gəldiyi ilə maraqlanıb. Qonağın fikrincə, dini icmalar və onların rəhbərləri bu məsələdə daha fəal olmalıdırlar. Şeyxülislam, öz növbəsində, QMİ-nin Dağlıq Qarabağ münaqişəsinin başlandığı dövrdən etibarən konfliktin dini qarşıdurma müstəvisinə keçməməsi məqsədilə 1988-ci ildən başlayaraq Rus Pravoslav Kilsəsinin və Ümumdünya Kilsələr Şurasının vasitəçiliyilə erməni dini rəhbərliyilə dəfələrlə keçirdiyi görüşlər, əldə olunmuş razılaşmalardan irəli gələn məqamlarla bağlı gerçəkləşdirdiyi tədbirlər haqqında qonağı məlumatlandırıb. O bildirib ki, erməni dini liderlə vaxtilə imzalanmış birgə bəyannamələrə əməl edərək əsirlərin və meyitlərin qaytarılması yönündə etdiyi jestlər, təəssüf ki, birtərəfli olub və ermənilər tərəfindən qarşılıq göstərilməyib. QMİ sədri həmçinin, MDB Dinlərarası Şurasının həmsədri kimi də bu yöndə fəaliyyətini diqqətə çatdırdı, Dini Liderlərin Ümumdünya Bakı Sammiti çərçivəsində erməni katolikosunu Azərbaycana dəvət etdiklərini, bu qurumun Rəyasət heyətinin iclasında iştirak məqsədilə özünün də İrəvanda olduğunu bildirib. Şeyxülislam konstruktiv dialoqa hər zaman hazır olduğunu bəyan edib. Görüşün sonunda Avropa İttifaqının təmsilçilərinə xatirə hədiyyələri və QMİ-nin fəaliyyətini əks etdirən nəşrlər təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info