Binəqədidə İctimai Şuranın növbəti iclası keçirilib
Tarix: 30.04.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Aslan Mehdiyev: “Vətəndaş cəmiyyəti institutlarına idarəetmədə əlverişli imkan yaradılıb”
Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına xidmət edən dövlət siyasətinin nəticəsi olaraq "İctimai iştirakçılıq haqqında" qanunun qəbulu və bu qanundan irəli gələrək yaradılmış ictimai şuraların fəaliyyəti özünü doğruldur. QHT-dövlət münasibətlərinin yeni mərhələsi kimi hökumət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoq mühiti yaradacaq bu şuralar mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin, habelə dövlət idarəçiliyində vətəndaş iştirakçılığının təmini baxımından mühüm rola malikdirlər.
Prezidentin imzaladığı qanun 2014-cü ilin iyun ayının 1-dən qüvvədədir. Ölkə başçısının qanunun tətbiqi barədə fərmanından irəli gələn vəzifələri əldə əsas tutan Nazirlər Kabineti 30 may 2014-cü ildə "İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"nin təsdiq edilməsi haqqında" qərar qəbul edib. İcra hakimiyyətləri arasında ilk dəfə olaraq Binəqədi Rayon İcra Hakimiyyətində 15 nəfərdən ibarət İctimai Şura yaradılıb. İcra hakimiyyəti orqanları üzərində ictimai nəzarətin təmini məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti yanında məşvərətçi qurum kimi yaradılan İctimai Şuraya üzvlər ayrı-ayrı təşəbbüs qrupları tərəfindən irəli sürülən namizədlər arasından sərbəst və gizli səsvermə yolu ilə seçilib.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında formalaşdırılan İctimai Şuranın üzvləri müəyyənləşdirildikdən sonra uzun illər məsul vəzifələrdə çalışmış rayon ziyalısı Aslan Mehdiyev Şuraya sədr, Həmid Mehdiyev sədrin müavini, jurnalist Fuad Hüseynzadə isə katib seçilib.
Binəqədi rayonunda yaradılmış İctimai Şuranın növbəti iclası keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdüri Ramiz Göyüşov və Şura üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Aslan Mehdiyev ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına xidmət edən dövlət siyasəti barədə məlumat verərək "İctimai iştirakçılıq haqqında" Qanunun tətbiqi məsələlərindən danışıb: "Bu qanunla Azərbaycan hökuməti vətəndaş cəmiyyəti inistitutlarına idarəetmədə vətəndaş iştirakçılığını təkmilləşdirmək üçün daha uğurlu və əlverişli imkan yaradıb".
Ramiz Göyüşov "İctimai iştirakçılıq haqqında" qanunun qəbulunu Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərarların qəbulunda fəal iştirakının təmin edilməsi baxımından çox mühüm bir hadisə olduğunu qeyd edib. O, Azərbaycan hökumətinin bu addımını indiyə qədər ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirib: "İcra hakimiyyətləri arasında ilk dəfə olaraq Binəqədi rayonunda İctimai Şura yaradılıb. İnanıram ki, gələcək üçün nümunə rolu oynayacaq bu qurumun fəaliyyəti çox səmərəli olacaq. Hər birinizə rayon rəhbərliyi adından uğurlar arzulayır, işinizdə müvəffəqiyyətlər diləyirəm".
İctimai Şuranın üzvləri onlara göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər, vətəndaşların dövlət idarəçiliyinə cəlb edilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi məqsədilə bütün imkanlarını səfərbər edəcəklərini vurğulayıblar.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info