Zahid Oruc: “ABŞ-ın yürütdüyü siyasət dünya xalqlarını qorxudur”
Tarix: 30.04.2015 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


“Bakı 2015 I Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası” “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə millət vəkilləri, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib ki, I Avropa Oyunları yaxınlaşdıqca ölkəmizə qarşı qarayaxma kampaniyası daha da güclənir.
O qeyd edib ki, bu günlərdə ABŞ Dövlət Katibi Con Kerrinin Azərbaycana qarşı planı ilə bağlı mətbuatda yayılan sənəddə hər şey açıq-aşkar bəlli olur, sənəddə ciddi faktlar ortaya qoyulur: “Bütün bunlar da, sözsüz ki, qərbin ikili standartlarından irəli gəlir. Düşünürük ki, ölkəmizə qarşı aparılan bu çirkin kampaniya əvvəllər də olduğu kimi, bu dəfə də bir nəticə verməyəcək”.
Daha sonra “Müstəqil dövlətlərdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərini siyasiləşdirmək cəhdləri: Azərbaycan nümunəsi” mövzusunda çıxış edən millət vəkili Zahid Oruc deyib ki, Azərbaycana qarşı C.Kerrinin rəhbərliyi ilə hazırlanan bu sənəd mahiyyət etibarı ilə əvvəlki sənədlərdən fərqlənir:
“Müstəqillik dövründə çoxlu müxtəlif hadisələrlə rastlaşmışıq. Bu günlərdə rastlaşdığımız sənəd isə çox maraqlı faktlarla ortaya çıxıb. Əminəm ki, bu iki hissəli bir plandır. Bir hissəsi artıq mətbuatda yayımlanıb. Əminəm ki, ikinci hissəsi də var”.
Z.Oruc bildirib ki, ABŞ-ın hazırkı dönəmdə dünya siyasəti özünün bərqərar etmək istədiyi demokratikləşməyə, demokratik dəyərlərə zərbə vurur: “Faktiki olaraq ABŞ-ın demokratiya sahəsində yürütdüyü siyasət dünya dövlətlərinin xalqlarını qorxutmaqdadır. Demokratiya qeyri sabitliyin müaribələrin və toqquşmaarın sinoniminə çevrilib”.
Z.Oruc bildirib ki, ABŞ Azərbaycanda öz tərəfdarları itirməkdədir və bu heç şübhəsiz həm də Azərbaycanı itirməkdir.
Koalisiyanın koordinatoru Aydın Quliyev isə çıxış edərək bildirib ki, bəzi qərb ölkələri özlərini demokratik inkişaf yolunda model hesab edirlər: “Amma təcrübə göstərir ki, özünü klassik demokrat kimi göstərməyə çalışanlar öz ölkələrinə baxmırlar, öz daxillərində cərəyan edən hadisələrə münasibət bildirmədən digər ölkələri ittiham edirlər ki, bu da ikili standartlara yol açır”.
A.Quliyev ABŞ-da və digər qərb ölkələrində insan hüquqları sahəsində mövcud problemlər, polis zorakılığı, jurnalistlərin müstəqil fəaliyyətinə qoyulan qadağalar və s. barədə konkret faktlarla misallar gətirib.
O qeyd edib ki, bu faktlar həmin ölkələrdə insan haqlarının real vəziyyətinin necə olması barədə aydın təsəvvür yaradır.
Daha sonra çıxış edən “İctimai Problemlərin Tədqiqi Assosasiyası” İctimai Birliyinin sədri Məhərrəm Zülfüqarlı “ABŞ-da və Avropada irqi və dini ayrıseçkilik hallarının artması: multikulturalizmin iflası” mövzusunda çıxış edib.
O qeyd edib ki, dünyaya demokratiya öyrətməyə çalışan ABŞ insan haqları ilə bağlı 13 konvensiyadan 9-na qoşulmayıb: “Avropa Birliyinə gəldikdə isə insan haqları ilə bağlı vəziyyətə nəzarət edən heç bir qurum yoxdur. Başqa ölkələrin insan haqları barədə vəziyyətə münasibət bildirirlər, amma özlərində insan haqları ilə bağlı heç bir qurum yoxdur. Bu da orada vəziyyətin qeyri-normal olduğunu göstərir”.
“Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev isə “Dövlət orqanlarının və beynəlxalq təşkilatların fəaliyyətində korrupsiya” mövzusunda çıxış edərək deyib ki, Azərbaycanı korrupsiyada ittiham edənlərin özlərində kifayət qədər korrupsiya faktları mövcuddur:
“Bildiyiniz kimi, beynəlxalq təşkilatlarda da korrupsiya faktlarına rast gəlmək olar. Onlar qrant ayırırlar, həmin qrantlar necə xərcləndiyini bilirlərmi? “Freedom House” Təşkilatının vəsaitlərinin 80 faizi ABŞ büdcəsindən gəlir. Ona görə də həmin dövlətin maraqlarına xidmət edir. Demokratiya və insan haqları ilə bağlı yaydıqları bəyanatlarda da maliyyələşdirdikləri dövlətin maraqlarını əsas tuturlar. Bütün bunlara diqqət etdikdə görürük ki, onlar Azərbaycana qarşı qərəzlidirlər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info