Yollarda “Azəryolservis”in kompleks tədbirləri davam edir
Tarix: 30.04.2015 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Bu gün saat 23:00-dan etibarən Heydər Əliyev prospekti, Hidrometereoloji Proqnozlar bürosunun yerləşdiyi binanın qarşısından “Koroğlu” metrostansiyasına qədər olan yan yol aparılacaq təmir-tikinti işləri ilə bağlı tam olaraq bağlanacaq və burda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Sürücülərdən xahiş olunur aparılan təmir işlərinə anlayışlı yanaşsınlar və burda işlər başa çatanadək Heydər Əliyev prospekti əsas yoldan istifadə etsinlər.
Təmir-tikinti işləri Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə həyata keçiriləcək. İşlərin vaxtında yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər olunub.
Sözügedən ərazidə “Azəryolservis” tərəfindən kompleks tədbirlər həyata keçiriləcək. Belə ki, yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənəcək, səki daşları dəyişdiriləcək, səkilərə tamet daşları döşənəcək, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulacaq, yeni yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri və üst qapaqları dəyişdiriləcək, yolun kənarında yaşıllıq zonası salınacaq. Qeyd edək ki, əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem yox idi. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yaşıllıq zonalarında bu sistem də qurulacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info