Region gəncləri İlk Avropa Oyunlarını belə dəstəklədi
Tarix: 30.04.2015 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzinin icra etdiyi “Region gənclərindən ilk Avropa Oyunlarına yaradıcı dəstək” layihəsi çərçivəsində Mingəçevirdə festival keçirilib.
Təhsil Mərkəzindən bildiriblər ki, açıq havada təşkil olunan festivalda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirməklə, ölkəmizin ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək veriblər.
Festivalda uşaq və yeniyetmələrin, eyni zamanda, gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdirilib, viktorinalar keçirilib. Sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr də festivala qoşularaq, dəstəklərini əsirgəməyiblər.
Çıxış edənlər bildiriblər ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə olunması ilə nəticələnib. Dövlətimizin başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar veriləndə dərhal dövlətimiz tərəfindən hazırlıq işlərinə başlanılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılıb. Bütün bunlar əsas verir ki, Azərbaycan belə möhtəşəm tədbirlərə ev sahibliyi edirsə, onun gəncləri səfərbər olaraq, dövlətin yanında olmalı və ictimai dəstəyini əsirgəməməlidir. Bunları nəzərə alaraq, Gənclər üçün Təhsil Mərkəzi daha çox region gənclərinin iştirakı ilə ölkəmizdə keçirilən birinci Avropa Oyunlarına dəstək nümayiş etdirir və bütün diqqəti bu nüfuzlu tədbirə yönəldir.
Layihə Avropa Oyunlarına dəstək verməklə yanaşı, regionlarda yaradıcı gənclərin üzə çıxarılmasında da xüsusi rol oynayıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info