Erməninin cəfəng iddialarına tutarlı cavab verilib
Tarix: 30.04.2015 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, bu yaxınlarda Vyanada ATƏT-in insan ölçüsü komitəsinin iclasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov “Tolerantlıq və qeyri-ayrı-seçkilik: Azərbaycan təcrübəsi” mövzusunda təqdimat edib.
AZƏRTAC-a müsahibəsində təqdimat barədə məlumat verən Etibar Nəcəfov məruzəsinin mövzusunun “Tolerantlıq və qeyri-ayrı-seçkilik: Azərbaycan təcrübəsi” olduğunu söyləyib. O, təqdimatda “Müasir dövrdə Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir” fikrini faktlarla əsaslandırdığını bildirib.
İclasda E.Nəcəfov qeyd edib ki, müasir dövrdə Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olmasının mühüm tarixi səbəbləri var. Tarixən Azərbaycanın ərazisində müxtəlif etnik qruplara mənsub olan xalqların nümayəndələri yaşayıb. Onların hüquqları dövlət tərəfindən həmişə qorunub.
Dövlət müşaviri xidmətinin əməkdaşı Azərbaycanın multietnik və çoxkonfessiyalı tarixi irsindən danışaraq deyib ki, dünyada Azərbaycan kimi bu cür tarixi irsə malik olan ölkə çox azdır. Azərbaycanın bu nadir tarixi irsi onun sonrakı inkişaf mərhələlərində tolerantlığın, multikulturalizm siyasətinin inkişafı üçün əlverişli şərait yaradıb. Bu şəraitin reallaşmasında əsas rolu, sözsüz ki, Azərbaycan dövləti oynayıb. Tarixin müxtəlif mərhələlərində Azərbaycan dövləti ölkənin multietnik vəziyyətini və çoxkonfessiyalılığını qorumağa çalışıb.
Dövlətin multikultural mühitin yaradılmasında rolundan bəhs edərkən E.Nəcəfov Prezident İlham Əliyevin imzaladığı fərmanlarla yaradılmış Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətini, Bilik Fondunu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini misal göstərib. O, Azərbaycanın multikulturalizm siyasətinin həyata keçirilməsi istiqamətində bu qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib.
E.Nəcəfov qeyd edib ki, iclasın gündəliyindən Azərbaycanın dövlət nümayəndəsinin çıxışının olduğunu bilən Ermənistan təmsilçisi digər çıxışçılardan fərqli olaraq ölkəmizə qarşı əvvəlcədən hazırladığı yalanlarla dolu mətni oxudu. O, çıxışında Azərbaycan nümayəndəsinin təqdimatından irəli gələn məsələlər əvəzinə bir tərəfdən ölkəmiz haqqında qərəzli fikirlər səsləndirir, digər tərəfdən isə Ermənistanın tolerant ölkə olduğunu göstərmək istəyirdi. Dövlət müşaviri xidmətinin əməkdaşı deyib: “Mənim təqdimatda göstərdiyim Azərbaycanın Şəki rayonunda və Dağlıq Qarabağ ərazisində yerləşən Alban kilsələrini o, utanmadan erməni-qriqorian kilsələri kimi təqdim edirdi. Cavab çıxışımda mən Ermənistan nümayəndəsinin dediklərinin həqiqətə uyğun olmadığını konkret faktlarla göstərdim. Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış məscidlərin, mədəniyyət abidələrinin fotoslaydlarını və Bakının mərkəzində yerləşən və qorunan erməni kilsəsinin şəkilini iştirakçılara göstərərək mən onlara kimin haqlı olduğunu sübut etdim. Bundan başqa, mən cavab çıxışımda Qafqaz Albaniyasının tarixinin əsas mərhələlərini, xüsusilə ermənilərin Albaniyanın maddi mədəniyyət abidələrini mənimsəmələrini diqqətə çatdırdım. Qafqaz Albaniyası ilə bağlı verdiyim məlumat iştirakçı dövlətlərin nümayəndələrində maraq doğurdu. Bu məlumat erməni diplomatının yalanlarını ifşa etməkdə mühüm rol oynadı”.
Diqqətə çatdırılıb ki, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin təşəbbüsü ilə Qafqaz Albaniyasının tarixinin əsaslı şəkildə öyrənilməsinə start verilib. Əsas məqsəd tarixi ədaləti bərpa etmək və Azərbaycan həqiqətlərini dünyaya yaymaqdır. Prioritet vəzifələrdən biri albanların varislərinə onların maddi mədəniyyətlərini qaytarmaqdır.
E.Nəcəfov deyib ki, ATƏT-də bu cür təqdimatı hər bir iştirakçı dövlət edə bilər. Bu, dövlətə onun müəyyən sahədə əldə etdiyi nailiyyətləri dünyaya yaymaq üçün əlverişli imkan verir. Son 5 ildə Azərbaycan ATƏT-də 3 dəfə təqdimat edib. Ermənistan isə heç bir dəfə də etməyib. Rəsmi Yerevanın bu mövqeyini anlamaq çətin deyil. Bu işğalçı, terrorçu dövlətin təhlükəsizliyinin nə siyasi-hərbi, nə iqtisadi- ekoloji, nə də ki insan ölçüsü üzrə qazandığı heç bir nailiyyət yoxdur.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info