Eşitmə və nitq qabiliyyəti zəif olan uşaqlara surdoloji xidmət göstəriləcək
Tarix: 30.04.2015 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin ayırdığı vəsait çərçivəsində “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara surdoloji xidmətlərin göstərilməsi” adlı layihəsini həyata keçirməyə başlayıb.
Layihənin əsas məqsədi surdoloji xidmət mərkəzində eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqların informasiya almaq hüquqlarının təmin edilməsi ilə bağlı sosial reabilitasiya xidmətlərinin göstərilməsi, təhsildən yayınmış və oxuyub - yazmağı bacarmayan eşitmə və nitq qabiliyyəti olmayan uşaqları, eləcə də bu kateqoriyadan olan digər şəxslərin yazıb – oxumaq və jest dilində danışmaq bacarıqlarnı inkişaf etdirmək, surdo-tərcüməçi ixtisasının inkişaf etdirilməsi və genişləndirilməsi üçün təlimlərin təşkili, eşitmə və nitq qabiliyyəti olmayan uşaqların ailələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Lahiyə nəticəsində eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dair yeni qanunvericiliyin tətbiqi zamanı meydana çıxan problemlərin araşdırılması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə çərcivəsində bu işlər həyata keçiriləcək: “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlardan sosial reabilitasiyaya daha çox ehtiyacı olanlarını müəyyənləşdirmək; sağlamlıq imkanları məhdud uşağa (eşitmə və nitq qabiliyyəti olmayanlara) surdoloji xidmətlərin (surdo-tərcümələrin edilməsi, təhsildən yayınan bu tipli uşaqlara yazmaq və oxumaq vərdişlərinin formalaşdırılması, informasiya xarakterli proqramlarının jestlər vasitəsilə tərcüməsinin təşkil edilməsi, həmin uşaqların valideynlərində jestlərlə danışmaq bacarıqlarının inkişaf etdirilməsi, surdo-tərcüməçi kadrların hazırlanması üçün təlimlərin təşkili, dövlət orqanlarında və digər qurumlarda təmsilçiliyin edilməsi və s. ) və sosial reabilitasiya xidmətlərinin göstərilməsi; hədəf qrupuna daxil olan SİMU-da ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyası üzrə məşğələlər keçirmək və onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etmək; surdo-tərcüməçi ixtisası üzrə kurslar təşkil etmək; jest dilinin dövlət tərəfindən inkişaf etdirilməsi üçün təkliflərin hazırlanması; eşitmə və nitq qabiliyyəti olmayan uşaqların valideynlərinə sosial - hüquqi xidmətin göstərilməsi və onlarla jest dilinin inkişafı üzrə treninqlərin təşkili və uşaqlarının gələcək peşə hazırlıqları ilə bağlı məlumatlılığının artırılması. Layihə 10 ay müddətində həyata keçiriləcəkdir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
İmişlinin Qızılkənd kəndində 624 şagird yerlik yeni məktəb binası inşa olunacaq
22.10.2018
Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
22.10.2018
“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir”
22.10.2018
Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib
22.10.2018
Açıq məkandakı qeydiyyatsız reklamlarla mübarizə gücləndirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info