Ədliyyə Akademiyasında vəkillər beynəlxalq təcrübəni öyrənirlər
Tarix: 30.04.2015 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Ədliyyə Akademiyası tərəfindən xarici dövlətlərin ixtisaslaşmış tədris qurumları və hüquqşünasların peşəkar birlikləri ilə əlaqələrə mühüm önəm verilərək tədris prosesində beynəlxalq təcrübənin öyrənilməsinə, qabaqcıl təlim modellərinin tətbiqinə xüsusi diqqət yetirilir.
Bu günlərdə Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası tərəfindən ölkəmizdə səfərdə olan Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyi (CCBE) ilə birgə “Vəkillərin etik davranış qaydaları” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda vəkillərin etik davranış məsələləri ilə bağlı müxtəlif ölkələrin təcrübəsinə diqqət yetirilib, CCBE tərəfindən qəbul olunmuş "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya" və "Avropa vəkillərinin davranış Kodeksi"nə dair təqdimatlar dinlənilib, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Səfər zamanı CCBE-nin prezidenti xanım Maria Slazakın başçılıq etdiyi nümayəndə heyəti ilə ədliyyə nazirinin müavini Azər Cəfərovun görüşü olub.
Qonaqları səmimi salamlayan nazir müavini vəkillər üçün keçirilmiş beynəlxalq seminarın əhəmiyyətini qeyd edib, ölkəmizin məhkəmə-hüquq sistemi barədə ətraflı məlumat verib. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər aparılan genişmiqyaslı islahatlar nəticəsində məhkəmə sistemi Avropa standartlarına uyğun daha da təkmilləşdirilib, yeni məhkəmələr və məhkəmə təsisatları yaradılıb, hakimlərin sayı iki dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılıb. Həmçinin, vətəndaşların ədalət mühakiməsinə çatımlığının asanlaşdırılması, əhalinin müraciət imkanlarının genişləndirilməsi məqsədilə məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi üzrə görülən işlər diqqətə çatdırılıb.
Respublikamızın dinamik inkişafının şahidi olduğunu söyləyən xanım M.Slazak səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Qonaqlar məhkəmə-hüquq sisteminin inkişafından, səfər zamanı Ali Məhkəmənin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binası ilə tanışlıqdan, orada yaradılmış ən yüksək şəraitdən, qabaqcıl İKT-lərin tətbiqindən, eləcə də vətəndaşlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsindən heyranlığını bildiriblər.
Görüşdə həmçinin, Ədliyyə Akademiyasının fəaliyyəti, vəkillərin və vəkilliyə namizədlərin tədrisi, qabaqcıl təcrübələrin öyrənilməsi və s. barədə səmərəli fikir mübadiləsi aparılıb.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Səfər çərçivəsində CCBE-nin nümayəndə heyəti həmçinin, Milli Məclisdə, Ali Məhkəmədə və Ədliyyə Akademiyasında görüşlər keçiriblər.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Nazirlik 50 minik avtomobilini Qarabağ müharibəsi əlillərinə təqdim etdi
23.07.2019
Azərbaycan vətəndaşlarının səfər üçün daha çox seçdikləri yerlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10837

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
3 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
4 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!
5 Пятнадцатый самолет с компонентами С-400 приземлился в Турции


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info