İçərişəhərdə “Bakı-2015”-ə hazırlıq gedir
Tarix: 30.04.2015 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Ölkəmizdə keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunları zamanı Azərbaycana gələn turistlərin üz tutacağı məkanlardan biri də qədim İçərişəhər olacaq. Bu zaman qədim şəhəri gəzməyə gələn əcnəbi turistlər məlumatsız qalmayacaqlar. Belə ki, İçərişəhərdə onun tarixi ilə tanış olmaq üçün 20-yə yaxın məlumat məntəqəsi yaradılıb. Bu məntəqələrdə turistlərə bir çox xidmətlər təklif olunur. Ilk növbədə buradan audiobələdçilər əldə etmək mümkündür. Audiogidlərə Azərbaycan, rus, ingilis, fransız və ispan dillərində məlumat daxil edilib.
Əcnəbi qonaqların asudə vaxtının səmərəli təşkili üçün İçərişəhərdə həyata keçirilən layihələrdən biri də elektromobillər vasitəsilə turların təşkilidir. Elektromobillərdən istifadə etməklə qədim şəhəri çox asanlıqla gəzə və məlumat əldə edə bilərlər.
Xarici qonaqlara yardımçı olmaq üçün birinci Avropa Oyunları zamanı İçərişəhərdə könüllü tərcüməçilər də fəaliyyət göstərəcək. Bundan başqa qoruq ərazisində müxtəlif tədbirlər keçiriləcək. Bunlardan biri də ənənəvi Qız qalası Beynəlxalq incəsənət festivalıdır. Bu il festival 6-cı dəfə təşkil olunacaq. Qeyd edək ki, ötən illər ərzindən bu festivalda 60-dan çox ölkədən yüzdən artıq rəssam iştirak edib. Bu il festivalın tarixi Avropa Oyunlarına görə dəyişdirilərək iyunun 11-dən 14-dək keçiriləcək.
Qoruq ərazisində turistlər üçün müxtəlif turlar da təklif olunacaq. Bunlar vasitəsilə qonaqlar qədim şəhərdə Qız qalası və Şirvanşahlar Sarayı muzey kompleksləri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İçərişəhərdə yerləşən muzey sərgi zalı, Miniatür Kitab Muzeyi, Vaqif Mustafazadə, Tahir Salahov və Kamil Əliyevin ev muzeyləri ilə tanış ola biləcəklər. Birinci Avropa Oyunları zamanı bu mədəniyyət ocaqlarının fəaliyyət saatının artırılması da gözlənilir.
Muzeylərdən əlavə İçərişəhərdə müxtəlif qalereyalar və sərgi zalları fəaliyyət göstərir ki, turistlər burda rəssamların, heykəltəraşların, tətbiqi incəsənət ustalarının əsərləri ilə tanış olmaqdan əlavə bəyəndikləri əsərləri əldə edə biləcəklər.
Birinci Avropa Oyunları zamanı İçərişəhərin ərazisində yerləşən beş, dörd və üçulduzlu otellər, kafe və restoranlar da gücləndirilmiş rejimdə çalışacaqlar. Turistlər bu restoranlarda Azərbaycan mətbəxinin çeşidli və ləzzətli xörəklərini dadmaqla yanaşı, milli musiqimizdən də zövq ala biləcəklər. Qədim şəhərin özünəməxsus çay ənənələri də var. Burda turistlərə 60 növ çay təklif olunur. Bütün bunlarla yanaşı, küçələr boyunca əl işi olan məhsulların satışına da diqqət artırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info