ABŞ-da etiraz aksiyaları genişlənir
Tarix: 30.04.2015 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


ABŞ-da polis zorakılığına qarşı nümayişlər səngimək bilmir. Baltimorun ardından daha bir neçə şəhəri etiraz aksiyaları bürüyüb.
“Vesti.ru” xəbər verir ki, Çikaqo, Los-Anceles, Oklend, həmçinin Vaşinqtonda Ağ evin qarşısına yığışmış etirazçılar qaradərili vətəndaşların ölümündə günahkar olan polis əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Ən iri nümayişlər Nyu-York şəhərində qeydə alınıb. Burada etirazçılar polisin sərt müdaxiləsi ilə qarşılaşıb. Nümayiş iştirakçılarının bir qrupu Hudzon çayının altından keçən tuneli bağlamağa cəhd göstərib. Nəticədə qanun keşikçiləri 111 nəfəri saxlayaraq polis bölməsinə aparıblar.
Baltimor şəhərində də komendant saatına baxmayaraq insanlar küçələrə toplaşıb. Lakin əvvəlki günlərdən fərqli olaraq burada aksiyalar dinc şəraitdə keçirilib. Şəhərin simfonik orkestri əhalini qarşıdurmalardan sonra dinc həyata dönməyə çağıraraq açıq səma altında pulsuz konsert təşkil edib.
Xatırladaq ki, aprelin 27-də polis tərəfindən saxlanılan zamanı həyatını itirən qaradərili Freddi Qreyin dəfnindən sonra Baltimor şəhərində nümayışlər başlayıb. Nümayişlərin ardından baş verən kütləvi iğtişaşlar soyğunçuluq və polisə qarşı zorakılıq halları ilə müşayiət olunub. Şəhərdə fövqəladə vəziyyət və komendant saatı rejimi elan edilib.
ABŞ-da son zamanlar polisin qaradərili vətəndaşlara qarşı lüzumsuz güc tətbiq etməsi səbəbi ilə tez-tez kütləvi iğtişaşlar baş qaldırır. 2014-cü ilin avqustunda silahsız Afrika əsilli şəxsin polis tərəfindən öldürülməsindən sonra Missuri ştatının Ferqüson şəhərində, daha sonra isə ABŞ-ın başqa bölgələrində, o cümlədən Nyu-Yorkda və Şimali Karolina ştatında yerləşən Çarlston şəhərlərində də buna bənzər hadisələr və etiraz aksiyaları qeydə alınmışdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info