Ali məktəblərə sənəd qəbulunun vaxtı uzadıldı
Tarix: 30.04.2015 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Ali təhsil müəssisələrinə (I, II, III və IV ixtisas qrupları üzrə) ərizə qəbulunun vaxtı mayın 1-dək uzadıldı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər ərizələrinin təsdiqini mayın 1-i saat 17:00-dək, elektron ərizələrini özləri təsdiq etməli olan abituriyentlər isə mayın 1-i saat 23:59-dək başa çatdırmalıdırlar. 30 aprel saat 14:30 -a olan məlumata görə 85 min 256 abituriyent öz elektron ərizəsini dolduraraq, təsdiqini təmin edib. 4 min 873 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsə də, həmin ərizələr təsdiqlənməyib. Elektron ərizə təqdim etmiş abituriyentlərdən öz elektron ərizələrinə daxil olub baxmaq və təsdiq olunub-olunmadığını müəyyənləşdirmək tövsiyə olunur. Məlumat üçün bildiririk ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlərin ərizəsində “Elektron ərizə sənəd qəbulunun sonunadək təsdiq olunmalıdır” məlumatı göstərilir. Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info