Naxçıvanda bir çox idman növləri üzrə yarışlara start verilir
Tarix: 30.04.2015 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş idman yarışları keçiriləcək. May ayının 1-dən başlayaraq muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları Gənclər və İdman Nazirliyi ilə birgə 15-ə yaxın birincilik təşkil edəcək.
İlk belə turnir Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində boks üzrə muxtar respublika turniri olacaq. İki gün davam edəcək turnirə 150-dən çox boksçu qatılacaq.
İlham Əliyev adına Olimpiya-İdman Kompleksində, həmçinin güləş, stolüstü tennis, karate-do, voleybol, basketbol və kikboksinq idman növləri üzrə də çempionatlar təşkil olunacaq.
Mayın 8-də isə Şərur Rayon Olimpiya-İdman Kompleksi Azərbaycanın ən güclü kikboksinqçilərini qəbul edəcək. Həmin gün bu kompleksdə kikboksinq üzrə Azərbaycan çempionatı başlayacaq.
Bundan başqa, muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika, Atıcılıq, Hava və Ekstremal İdman Növləri federasiyaları birgə kross qaçışı, peyntbol və velosiped yürüşü üzrə muxtar respublika birincilikləri keçirəcəklər.
Mayın 1-dən 11-dək Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ənənəvi “Naxçıvan Open-2015” Beynəlxalq Şahmat Festivalına da start veriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info