“Publico“: “Avropa Birliyi bizi rüsvay edir”
Tarix: 30.04.2015 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


“Avropa Şurasının iclasında qəbul edilən tədbirlər rüsvayçı və effektsizdir”

Avropanın "Publico"media qurumu Avropa Birliyinin fəaliyyətinin qitəni rüsvay etdiyi barədə maraqlı yazı yazıb. Yazıda qeyd edilir: “Söhbət sülhün və inkişafın təşviq edilməsindən, beynəlxalq əməkdaşlıqdan, aclıq, bərabərsizlik və yoxsulluqla mübarizədən, təhsildən, elmdən, insan haqlarından gedəndə həmişə öyünən Avropa Birliyi, indi gündən günə bizi ən elementar vəzifələrinə görə daha çox utandırmaqdadır. Avropa Birliyinin ötən Cümə axşamı 28 dövlətin iştirakı ilə Avropaya Aralıq dənizi vasitəsilə keçən qaçqınlarla bağlı humanitar fəlakətin qarşısının alınması üçün nəzəri ölçülər götürülməsi məqsədilə keçirilən iclasında, sadəcə, bu barədə tədbirlərdən boyun qaçırmaq üçün uzun arqumentlər siyahısı tamamlanıb. “Çox az və çox gecdir”. Bəzən dala qayıtmaq üçün heç nə qalmır. Bu cür tədbirlər demək olar ki, həmişə qəzetlərin sülhyaradıcı başlıqları üçün yarayır, amma problem mənbələrinə nüfuz etmir və sadəcə, tələbkarları sakitləşdirməyə hesablanır.
Hanı onlar – bizim həqiqətən də fəxr edə biləcəyimiz Avropa siyasətçiləri? Onlar yoxa çıxıblar. Bəzən bizə elə gəlir ki, onlar mövcuddurlar, amma onların hansısa məsələdə birliyi Avropa Şurasının birinci iclasına qədər belə, qalmır.

“Avropa ölkələrinin çoxunun məqsədi, az öncə Devid Kemeronun kabinetində birbaşa səsləndirildiyi kimi, Aralıq dənizində immiqrantların kütləvi həlak olmasından ibarətdir ki, Avropa daha onlar üçün cəlbedici olmasın”

Hanı Avropa həmrəyliyi ideyası, hüquqlar və proqres uğrunda çıxış edən Avropa siyasətçiləri? Görəsən, onların hamısı ölüblərmi? Bəlkə onlar hələ hakimiyyətə gəlməyən yeni partiyalarda cəmləşiblər? Yoxsa siyasi iradə indi yalnız ksenofobiyanın sağ təmayüllü məddahları üzərində cəmləşib? Yoxsa, divarlarına yoxsulların dırmaşmağa çalışdığı qapalı “kondominat” (Birgə idarə edilmə və yaxud iki və ya bir neçə dövlətin bir əraziyə müştərək sahib olması-İ.A.) bu pirat bankirlərin və vergi polisi siyasətçilərinin Avropasında yeganə arzuya çevrilib?
Avropa Şurasının sonuncu iclasında qəbul edilən tədbirlər önəmsiz olduğu qədər, həm də gecikmişdir. Onlar rüsvayçı və effektsizdir. “Avropa Birliyi Aralıq dənizində müşahidə missiyası üçün büdcəni üç dəfə artırır” – bu, mediada yazı başlığı olub. Belə çıxır ki, pis deyil. Amma bildirilir ki, bu üç dəfəlik artım, təkcə İtaliyanın təklikdə Aralıq dənizində ötən il qaçqınların xilas edilməsinə sərf etdiyi vəsaitdən azdır. Avropa ölkələrinin çoxunun məqsədi, az öncə Devid Kemeronun kabinetində birbaşa səsləndirildiyi kimi, Aralıq dənizində immiqrantların kütləvi həlak olmasından ibarətdir ki, Avropa daha onlar üçün cəlbedici olmasın. Onlar belə hesab edir ki, xilasedici əməliyyatların genişləndirilməsi, özündə “Avropa cazibəliliyi faktoru”nu ehtiva edir. Bu isə Avropa Birliyinə qeyri-leqal miqrasiyanı təşviq edir. İnsanları xilas etməyin, çünki bu, “cazibəlilik faktorudur”.
Daha sonra yazıda Avropa Birliyinin əslində, insanların dənizdə boğulmasının qarşısının alınması üçün görməli olduğu geniş tədbirlər sırası və həyata keçirməli olduğu xarici siyasət sadalanır və qeyd edilir ki, Avropa Birliyi indiyə qədər bunların heç birini həyata keçirməyə cəhd də göstərməyib: “Amma bizim qarşımızda, ondan adi nizam yaratmaq belə, gözləməyin məntiqsiz olduğu Avropa Birliyi dayanır”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info