NED Azərbaycana qarşı silsilə tədbirlərin keçirillməsinə Vaşinqtondan start verir
Tarix: 30.04.2015 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Bununla bağlı tədbir “Azərbaycan: Demokratik həmrəylik üçün sınaq” adı ilə keçiriləcək

Bu il mayın 7-də Vaşinqtonda Demokratiyaya Milli Dəstək Fondunun (National Endowment for Democracy - NED) təşkilatçılığı ilə “Azərbaycan: Demokratik həmrəylik üçün sınaq” adlı tədbir keçiriləcək. APA-nın xəbərinə görə, saat yarım planlaşdırılan tədbirdə Emin Milli, Kənan Əliyev, Tomas de Vaal və Miriam Lanskoyun çıxışları nəzərdə tutulub. Qeyd edək ki, APA İnformasiya Agentliyi Azərbaycanda I Avropa Oyunları ərəfəsində bu cür tədbirlərin keçiriləcəyi ilə bağlı planın detallarını açıqlayan "Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası" adlı araşdırma təqdim edib. Həmin araşdırmada da bu cür silsilə tədbirlərin keçiriləcəyi qeyd olunub. Araşdırmada qeyd olunub ki, plan ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən koordinasiya edilir. Eyni zamanda ABŞ-da bu kampaniyanın təşkil olunmasının NED-ə həvalə edildiyi də bildirilir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə dövlət büdcəsindən maliyyələşdirilən NED vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülməsi barədə dəfələrlə sənədlər yayılıb, iddialar səsləndirilsə də, bunlar təşkilat tərəfindən heç vaxt təkzib olunmayıb. Araşdırmada o da qeyd olunub ki, NED-in Azərbaycanla bağlı xüsusi layihəsi isə təsdiq mərhələsindədir və yaxın günlərdə açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb. Xatırladaq ki, mayın 7-də Vaqişqtonda keçiriləcək tədbirdə həm də bu layihənin təqdim edilməsi istisna deyil .




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
“Lenta.ru” Azərbaycan haqqında təxribat xarakterli məqaləyə görə üzr istədi
24.06.2019
Avropa Şurasındakı böhranların əsas səbəblərindən biri intizamsız və işğalçı Ermənistanın cəzasız qalmasıdır
24.06.2019
Avropa Şurası selektiv yanaşmaya, ikili standartlara son qoymalıdır
24.06.2019
Müxalifətin “radikal dindar” sevdası
24.06.2019
“Cənub Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələr Bolqarıstan üçün ümdə əhəmiyyət kəsb edir”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info