Fransada POS-terminallar hazırlayan cinayətkar qrup zərərsizləşdirilib
Tarix: 30.04.2015 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Fransa polisi Avropol yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin dəstəyi ilə istifadəçi kartlarından və PİN-kodlardan informasiyanı ələ keçirmək üçün saxta POS-terminallardan istifadə edən cinayətkar qrupun səkkiz üzvünü həbs edib. Xarici mətbuatın yazdığına görə, törədilmiş cinayət nəticəsində istifadəçilərin hesabından 3 milyon avro oğurlanıb. Saxta POS-terminallar fırıldaqçılar tərəfindən modifikasiya prosesindən keçirildikdən sonra heç nədən şübhələnməyən müştərilərin bank kartlarından məlumatların oğurlanması üçün istifadə olunub. Ödəniş əməliyyatlarını həyata keçirmək üçün qurbanlar kartlarından istifadə ediblər, lakin bu halda saxta qurğular həmişə “offline” olub və heç vaxt bank ödəniş sisteminə qoşulmuş vəziyyətdə olmayıb. Bunun əvəzinə POS-terminallar müştəriyə məxsus kartın informasiyasının surətini çıxararaq saxta qəbzlər çap ediblər. Bəzən isə müştərilər guya qoşulmada yaranan səhvə görə qəbz ala bilməyiblər. Bu vaxt ərzində ödəniş informasiyasının ələ keçirilməsi baş verib, daha sonra müştəridən digər ödəniş üsulu seçmək xahiş olunub. Qurğuların məhkəmə ekspertizası cinayətin mürəkkəb sxemə malik olmasını aşkar edib. Fransız müstəntiqlər POS-qurğuların saxta POS-terminaldan kart məlumatlarının oğurlanması üçün həqiqi terminal əvəzinə istifadəyə imkan verən aparat və proqram təminatı ilə bağlı texniki manipulyasiyasını ifşa etməyə nail olublar. Saxta qurğular Avropa ölkələrinin taksilərində və endirimli mağazalarında istifadə olunub. Daha sonra cinayətkarlar tərəfindən ələ keçirilən informasiya ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Tailandda kartlardan pulların oğurlanması üçün istifadə edilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info