Yeniyetmə boksçularımız beynəlxalq turnirdə 9 medal qazanıb
Tarix: 01.05.2015 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Şağan Olimpiya Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Komandamız yarışda 3 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub. Turnirdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Elton Məmmədov finalda qazaxıstanlı Nurbol Sultanbayı məğlub edərək qızıl medala yiyələnib. Bəxtiyar Qazıbəyov (60 kq) da turniri birinci yerdə başa vurub. Həmyerlimiz həlledici görüşdə Türkiyə idmançısı Tuğrulxan Erdemir üzərində qələbə qazanıb. Boksçumuz Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Milli komandamızın üzvü qazaxıstanlı Ardak Alimxanı məğlub edib. Turnirdə 52 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Niyaməddin Allahverdiyev finalda özbəkistanlı Murodjon Əliyevə uduzaraq gümüş medalla kifayətlənib. Şaiq Məlikov (70 kq) da final görüşündən məğlub ayrılıb. Boksçumuz Daulet Zauşevə (Qazaxıstan) yenilib. Milli komandamızın üzvləri Fərid Səfərli (46 kq), Cavid Hüseynov (48 kq), Polad Hüseynov (52 kq) və Orxan Həsənov (54 kq) isə yarımfinalda uduzaraq turniri üçüncü pillədə başa vurublar. Ümumi komanda hesabında Qazaxıstan birinci, Özbəkistan ikinci, Azərbaycan yığması isə üçüncü yeri tutub. Qeyd edək ki, bu yarış mayın 15-dən 24-dək Ukraynanın Lvov şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa birinciliyinə hazırlıq xarakteri daşıyıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info