“Əfsanəvi Amerika iqtisadiyyatı artıq mövcud deyil”
Tarix: 01.05.2015 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“ABŞ iqtisadiyyatı statistik məlumatlarda göstərilənlərdən
fərqli olaraq çox pis vəziyyətdədir”

Amerikalı politoloq və iqtisadçı Poll Kreyq Roberts iddia edir ki, hazırkı ABŞ iqtisadiyyatı statistik məlumatlarda göstərilənlərdən fərqli olaraq çox pis vəziyyətdədir. Onun sözlərinə görə, ABŞ-ın iqtisadi təhlil bürosu "maliyyə bazarlarını pozmamağa görə" ölkədəki ÜDM artımını saxtalaşdırır. ABŞ prezidentinin maliyyə bazarları üzrə işçi qrupu bazarlarda əhəmiyytli azalmaların qarşısını almaqda çətinlik çəkir.
Roberts qeyd edir ki, hazırda ABŞ-ın iqtisadi hesabatlarında kök salmış saxtakarlıqla maliyyə bazarlarındakı sabitliyi saxlamaq mümkün olmayacaq. İqtisadçı bildirir ki, statistik məlumatların hazırlanmasını həyata keçirən heç bir dövlət orqanı maliyyə bazarlarının dağılması üçün məsul olmaq istəmir. Ona görə də ölkə iqtisadiyyatındakı ürəkaçmayan xəbərlər xalqa ehtiyatla çatdırılır. İqtisadçı-politoloqun sözlərinə görə, ABŞ-ın iqtisadi təhlil bürosunun yaxın zamanlarda verəcəyi məlumatdan sonra ölkə vətəndaşları ABŞ iqtisadiyyatının real vəziyyəti barədə xəbərdar olacaq. İqtisadiyyatın istehlak xərclərindən asılı olduğunu nəzərə çatdıran Roberts bildirir ki, hazırda buna istehlakçıların borclarının artırılması hesabına nail olunur. Bu isə amerikalıların real gəlirlərinin azalması ilə müşahidə edilməkdədir. Roberts görə, xalqa vəd edilmiş güclü yeni plan ABŞ iqtisadiyyatının gücünü artıra bilməyib. Qeyd edək ki, belə bir doktrina 2001-ci ildə ABŞ-ın prezidentinin iqtisadi hesabatında müəyyən edilib. Burada yeni texnologiyalar və biznes prosesləri, eyni zamanda biliklərə əsaslanan iqtisadi rəqabət öz əksini tapıb. Həmin planın tərkib hissəsi kimi yaradılan iş yerlərinin demək olar ki hamisi xidmət sektorunu əhatə edir və ixracla heç bir əlaqəsi yoxdur. Yeni iqtisadi inkişaf proqramı sanitar, barmen və ofisiantlar üçün iş yeri yaradıb: “Hazırda Birləşmiş Ştatlar iqtisadi cəhətdən şikəst vəziyyətdədir. Vaşinqton ölkə iqtisadiyyatını ucuz işçi qüvvəsinin olduğu Asiya ölkələri ilə “bölüb”. Bundan isə ən çox sahibkarlar və böyük kapitala malik olan menecerlər qazanır. Amma əksər amerikalılar bundan çox əziyyət çəkib. Təbii ki, sərmayə sahiblərinin vəsaiti hesabına Amerika iqtisadiyyatını canlandırmaq o qədər də real görünmür. Belə görünür ki, artıq əfsanəvi Amerika iqtisadiyyatı artıq mövcud deyil".
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info