“Con Kerri erməni milyarderlərin cibindədir”
Tarix: 01.05.2015 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


"ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan əleyhinə qarayaxma kampaniyasına göstəriş verməsi və ona başçılıq etməsində təəccüblü bir şey yoxdur. İlk növbədə ona görə ki, bu adam erməni milyarderlərinin cibindədir". Bunu millət vəkili Musa Qasımlı antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması məsələsini şərh edərkən deyib.
O bildirib ki, C.Kerri həmin adamdır ki, Cənubi Qafqazda olmamasına və Azərbaycanın Dağlıq Qarabağ regionunun harada yerləşdiyini bilməməsinə baxmayaraq, "Azadlığa dəstək aktı"na 1992-ci ildə edilən 907-ci düzəlişin müəllifi oldu: "Belə bir şəxsdən hansı ədaləti gözləmək olar? Onunla ədalət, obyektivlik arasında 180 dərəcə fərq var". Deputat hesab edir ki, C.Kerri ABŞ tarixinin ən pis dövlət katibidir: "Onun Dövlət Departamentinə gəldiyi tarixdən bəri baş verən proseslərə diqqət yetirsəniz görərsiniz ki, dünyada ABŞ-ın nüfuzu sürətli şəkildə aşağı düşüb. Dünya xalqları Birləşmiş Ştatlara az qala nifrət edirlər. Bu vəziyyət ABŞ maraqlarını əsassız erməni iddialarına qurban vermiş dövlət katibi Con Kerrinin Amerika xalqı qarşısında "xüsusi xidmətidir". Bir gün amerikalılar ayılacaq və özlərinə belə bir sual verəcəklər: erməni maraqları Amerikanın maraqlarından nə üçün üstün tutulur və ABŞ-ı dünya siyasətində rüsvayçı vəziyyətə gətirib salan kimdir? O zaman Con Kerri cavab verməli olacaq". M.Qasımlı bildirib ki, Azərbaycana qarşı nə qədər uydurma kampaniyalar aparılsa da, heç bir şeyə nail ola bilməyəcəklər: "Azərbaycan dövləti Avropa oyunlarını ən yüksək səviyyədə təşkil edəcək. Gələcəkdə onun nümunəsinə müraciət edəcəklər. ABŞ-ın maraqları Azərbaycan ilə bərabərhüquqlu əməkdaşlığı tələb edir. Yanlış yoldan imtina edib, düzgün yola qayıtmaqda fayda var".
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info