Niderlandın daha 90 şirkəti Azərbaycana sərmayə yatırmaq istəyir
Tarix: 01.05.2015 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


“Niderlandın daha 90 şirkəti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır”. Bu sözləri Niderlandın milli bayramı - Kral Günü ilə bağlı keçirdiyi mətbuat konfransında bu ölkənin Azərbaycandakı səfiri Robbert Qabrielse deyib. Səfir bildirib ki, Niderland və Azərbaycan intensiv iqtisadi əlaqələrə malikdir: "Ötən həftə Maastrixt şəhərində Azərbaycan şirkətlərinin və dövlət idarələrinin 50 nümayəndəsinin iştirakı ilə biznes forum keçirilib. Forumda Hollandiyanın 90 şirkətinin nümayəndələri iştirak edib. Foruma Azərbaycanın iqtisadiyyat və kənd təsərrüfatı naziri Şahin Mustafayev və Neft Fondunun rəhbəri Şahmar Mövsümovun iştirakı ilə böyük nümayəndə heyəti qatılıb. Biz səfirlik tərəfindən hazırlanan “narıncı kataloq”u onlara təqdim etdik. Orada Azərbaycanda fəaliyyət göstərən 50 şirkət barədə məlumat yer alıb. Ümumilikdə isə Azərbaycanda 125 holland şirkəti fəaliyyət göstərir”. Səfirin sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 180 milyon avro olub: “Niderland Türkiyə və İngiltərədən sonra qeyri-neft sektorunda Azərbaycanda ən böyük sərmayəçidir. Hər iki ölkə ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətindədir. Bu, təkcə iqtisadi deyil, həm də mədəni, təhsil, elm sahələrinə aiddir”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info