İsveç hökuməti parlamentin qondarma erməni “soyqırımı”nın tanınması barədə qərarını rədd edib
Tarix: 01.05.2015 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


“Heç bir araşdırma aparılmadan
bir ölkəni soyqırımı törətməkdə
ittiham etmək mümkün deyil”

İsveç hökuməti ölkə parlamentinin 2010-cu ildə qondarma erməni “soyqırımı”nın tanınması barədə qərarının araşdırma aparılmadan çıxarıldığına dair qərar verib. “Milliyet”in xəbərinə görə, hökumətin qərarında bildirilir ki, heç bir araşdırma aparılmadan bir ölkəni soyqırımı törətməkdə ittiham etmək mümkün deyil. Hökumət bununla bağlı müstəqil heyətin rəyinə əsasən qərar veriləcəyini açıqlayıb. Ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Erik Boman bildirib ki, məsələ ilə bağlı tarixçilərin araşdırmasının nəticələrinə uyğun hərəkət ediləcək. Nazirliyin bu istiqamətdə fəaliyyətə başladığını deyən Erik Boman araşdırma başa çatmadan hər hansı qərar verilməyəcəyini vurğulayıb. Hökumətin açıqlaması İsveçdəki erməni və süryani lobbilərini məyus edib. İsveç dövlət televiziyası olan SVT-yə açıqlama verən İsveç Süryani Federasiyasının rəhbəri Afram Yakub baş nazir Stefan Löfvenin ötən il sentyabrda seçim öncəsi vədlərini yerinə yetirmədiyini deyib. O, baş nazirin qondarma “soyqırımı” tədbirlərinə qatılmamasına təəssüf etdiyini bildirib. Qeyd edək ki, parlamentin məlum qərarı 2010-cu ildə müxalifətdə olan Sosial Demokrat və Yaşıllar partiyalarının birgə layihəsi əsasında 1 səs çoxluğu ilə qəbul edilib. İndiyədək qərarın icra edilməməsi erməni və süryani lobbilərinin etirazına səbəb olub.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info