Fövqəladə halların qarşısının alınması sahəsində Türkiyə ilə əməkdaşlıq edilir
Tarix: 01.05.2015 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Mülki Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər ki, görüşdə Kəmaləddin Heydərov FHN-in fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
Nazir bu sahədə Türkiyənin müvafiq qurumları ilə uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb. Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının Qərargah rəisi, korpus generalı İhsan Uyar qardaş ölkənin ordusunun müvafiq qurumlarının Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıb. O, bu əlaqələrin geniş perspektivlərinin mövcudluğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
20.11.2018
Fikrət Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info