Şahin Mustafayev: “Neft maşınqayırması qeyri-neft sənayesinin inkişafında da böyük əhəmiyyət kəsb edir”
Tarix: 01.05.2015 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində verilən tapşırıqların icrası ilə əlaqədar neft maşınqayırmasının inkişafına həsr olunmuş tədbir keçirilib. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, SOCAR-ın və “Azərişıq” ASC-nin rəsmi şəxsləri ilə yanaşı, neft maşınqayırması və neft avadanlıqları istehsalı sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda iqtisadiyyatın, o cümlədən sənayenin inkişafı sahəsində son illər əldə olunan nailiyyətlərdən bəhs edib, qeyri-neft sənayesinin inkişafı baxımından ənənəvi istehsal sahələrinin, o cümlədən neft maşınqayırmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, dövlət başçısı tərəfindən 26 dekabr 2014-cü il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda neft maşınqayırması sahəsinin inkişafı ilə bağlı təkliflərin hazırlanması İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb. Bugünkü tədbir neft maşınqayırması sahəsində fəaliyyət göstərən müəssisələrin mövcud vəziyyətinin müzakirəsi, onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə zəruri dövlət dəstəyinin göstərilməsi və bu sahənin inkişafı ilə bağlı təkliflərin nəzərdən keçirilməsi baxımından əhəmiyyətlidir. Bildirilib ki, dövlət istehlakçı şirkətlərin tələblərinə uyğun yüksək rəqabətə davamlı məhsul istehsal edən istehsalçı şirkətlərin investisiya layihələrini bundan sonra da dəstəkləməyə hazırdır. Şahin Mustafayev SOCAR və “Azərişıq” ASC ilə maşın və avadanlıqlar istehsalı müəssisələri arasında sıx əməkdaşlığın qurulmasının, istehsalçı-istehlakçı münasibətlərinin inkişafının, yerli və ənənəvi xarici bazarlara ixracın daha da artırılmasının vacibliyini vurğulayıb.
SOCAR prezidenti Rövnəq Abdullayev neft maşınqayırmasının uzun illər Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən biri olduğunu qeyd etmiş, SOCAR-la neft maşınqayırması müəssisələri arasında mövcud əlaqələr barədə məlumat vermiş, dövlət neft şirkətinin bu əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.
“Azərişıq” ASC-nin sədri Baba Rzayev neft maşınqayırması müəssisələrində istehsal olunan yüksək keyfiyyətli avadanlıqların bir qisminin elektroenergetika və digər sahələrdə də istifadə olunduğunu, enerji infrastrukturunun inkişafı və təchizatı baxımından yerli məhsulların istehsalının vacibliyini qeyd edib.
Tədbirdə iştirak edən müəssisə rəhbərləri maşın və avadanlıq istehsalı sahəsində fəaliyyət göstərən maşınqayırma müəssisələrinin fəaliyyəti barədə məlumat vermiş, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlarda satış imkanlarının genişləndirilməsinə dair təkliflər səsləndiriblər.
Müzakirələr zamanı dövlət tərəfindən göstərilə biləcək dəstək tədbirləri, dövlət-özəl sektor əməkdaşlığı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, tədbirdə qaldırılan məsələlərə dair müvafiq tapşırıqlar verilib.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info