Alman jurnalistlərinə Avropa Oyunları haqqında məlumat verilib
Tarix: 01.05.2015 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Azərbaycanın Almaniyadakı Səfirliyində Berlin Alman Jurnalistlər Birliyinin üzvü olan 20 jurnalistlə görüş keçirilib.
Səfirlikdən bildiriblər ki, tədbirdə I Avropa Oyunları haqqında film nümayiş etdirilib, ölkəmizin Avropa Oyunlarına hazırlaşması, Azərbaycanda ən müasir idman infrastrukturunun yaradılması, ölkəmizin iri miqyaslı beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, bu tip beynəlxalq tədbirlərin ölkəmizin inkişafının göstəricisi olması və onun beynəlxalq aləmdə tanınmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb, jurnalistlərin ölkəmizlə bağlı sualları cavablandırılıb.
Səfir Pərviz Şahbazov Azərbaycan-Almaniya münasibətlərinin tarixi və hazırkı vəziyyəti, iki ölkə arasında həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıq və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər barədə tədbir iştirakçılarına məlumat verib. Səfir Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin əvvəlində Almaniyaya həyata keçirdiyi iki işgüzar səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsi haqqında danışan səfir Avropa mətbuatında bəzən Azərbaycanın guya sürətlə silahlanaraq sülh prosesinə təhlükə yaratdığının iddia edilməsini böyük yanlışlıq adlandırıb. P.Şahbazov qeyd edib ki, əslində Bonn Beynəlxalq Konversiya Mərkəzinin 2014-cü ildə hərbiləşmə hesabatında Ermənistan 152 dünya ölkəsi arasında 3-cü, Avropada 1-ci yerdədir: "Azərbaycan həm işğaldan əziyyət çəkən tərəf olmasına, həm də Ermənistandan bütün aspektlərdə üstün tərəf olmasına baxmayaraq, 20 ildən artıqdır ki, nəticəsiz sülh danışıqlarına sadiqdir. Sülh prosesi üçün təhlükəni Azərbaycanın işğal altında olan ərazilərini çoxsaylı beynəlxalq tələblərə baxmayaraq azad etməkdən boyun qaçıran Ermənistan yaradır".
Azərbaycanın iqtisadi inkişafının həm də onun siyasi və sosial inkişafının əsasında dayandığını vurğulayan P.Şahbazov ölkəmizin son illərdə əldə etdiyi yüksək iqtisadi-sosial göstəriciləri, hökumətin uğurla reallaşdırdığı sosial və infrastruktur layihələri, idarəetmə sahəsində apardığı islahatları, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün atılmış addımları, vətəndaşlara göstərilən sosial xidmətlərin müasirləşdirilməsi və şəffaflaşdırılması, ASAN xidmət mərkəzlərinin yaradılmasını alman jurnalistlərin diqqətinə çatdırıb.
Daha sonra Səfirliyin müşaviri Rizvan Nəbiyev Azərbaycanın xarici siyasətində enerji əməkdaşlığının yeri və rolu, Ermənistan təcavüzünün ölkəmiz və region üçün nəticələri, eləcə də ölkəmizin xarici siyasətinə təsir göstərən geosiyasi faktorlar barədə mühazirə ilə çıxış edib. R.Nəbiyev Azərbaycanın Avropanın enerji təchizatında indiyədək oynadığı rolu, Şah Dəniz 2 qaz layihəsinin töhfəsini, TAP və TANAP layihələrini, Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı üçün mövcud maneələri vurğulayıb.
Berlin Alman Jurnalistlər Birliyinin sədr müavini Klemens Qlade Almaniya mətbuat nümayəndələrinin qəbulu üçün Səfirliyə təşəkkürünü bildirib. Alman jurnalist Səfirlikdə keçirilən bu görüşü Azərbaycana dair mətbuat təmsilçilərini maraqlandıran məsələlərə aydınlıq gətirilməsi üçün yaxşı imkan adlandırıb. Alman Jurnalistlər Birliyi (Deutscher Journalisten-Verband Berlin) Almaniyanın paytaxtı Berlin şəhərində yaşayan və işləyən mətbuat nümayəndələrini özündə birləşdirən ən böyük jurnalist birliyidir. Təşkilatın 4000-dən artıq üzvü var.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info