“Bakı 2015” və AZAL ilk Şanslı qalibin adını açıqladı
Tarix: 01.05.2015 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


“Bakı 2015” və rəsmi tərəfdaşı Azərbaycan Hava Yolları (AZAL) xanım Ofeliya Abdullayevanın I Avropa Oyunlarının ilk şanslı qalibi olduğunu açıqlayıblar. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumata görə, bilet nömrəsi püşkatma ilə seçilmiş xanım Abdullayeva AZAL tərəfindən Nyu-York şəhərinə iki nəfərlik biznes klas, gediş-gəliş uçuş bileti və 1500 AZN məbləğində cib xərcliyi qazanıb.
“Bakı 2015”in Şanslı qalib kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi xüsusi hədiyyələr üçün keçirilir. Növbəti qaliblər P&G-dan illik məhsul tədarükü, Nar Mobile-dan ömürlük danışıq paketi və Tissotun xüsusi hazırladığı, kişi və qadın saatlarını əldə edəcəklər. Bütün mükafatlara “Bakı 2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki yerlik bilet də daxildir.
Şanslı qalib xanım Abdullayeva sevincini bölüşərək dedi: "Şanslı qalib hədiyyəsini qazanmaq həyata keçmiş arzu deməkdir. Nyu-Yorka səyahət etmək imkanı insana həyatda bir dəfə verilən şans kimidir. Lakin bundan öncə, Birinci Avropa Oyunları və mərasimləri bizi gözləyir. Mən AZAL və “Bakı 2015”ə təşəkkürümü bildirirəm".
Azərbaycan Hava Yolları QSC-nın prezidenti Cahangir Əsgərov bildirib ki, Azərbaycan Hava Yolları Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaq və açılış mərasimindən də əvvəl öz rolunu oynamaq istəyir: "Biz qalibin Nyu-York şəhərinə səyahətindən və “Bakı 2015” mərasimlərində iştirakdan məmnun qalaraq, Azərbaycan üçün bu tarixi anın əhəmiyyətini daha da artıracağına əminik. “Bakı 2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Şanslı qalib kampaniyasının ilk nəticəsi barədə bunları deyib: "Mən Xanım Abdullayevanı 2015-in ilk Şanslı qalibi olması münasibətilə təbrik etmək istəyirəm. Bu təbliğat “Bakı 2015” möcüzəsini Oyunlar başlamazdan əvvəl tamaşaçılara çatdırır və biz Azərbaycan Hava Yollarına bu ilk tədbirə ictimaiyyətin cəlb olunması üçün göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk".
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı 2015” Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
“Bakı 2015” Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.
Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
“Bakı 2015” Avropa Oyunlarının biletlərini satış məntəqələrindən yaxud http://az.baku2015.com/tickets/index.html saytından onlayn qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişləri şəhərin aşağıda göstərilən ünvanlarında yerləşən istənilən bilet satış məntəqələrində biletə dəyişdirilə bilər: "Park Bulvar", "28 Mall", "Metro Park" ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, "Azərbaycan" kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, “ASAN xidmət”in Yasamal filialı, eyni zamanda, Neftçilər, Əhmədli metrostansiyaları yaxınlığında və Fəvvarələr meydanında yerləşən "McDonald’s" restoranı.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info