“The Week”: “İrqi ayrı-seçkiliyə son verilməsə, ABŞ yeni iğtişaşlara hazır olmalıdır”
Tarix: 01.05.2015 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Baltimorda qaradərili gənc Fredi Qreyin polis tərəfindən döyülüb öldürülməsinə görə, keçirilən küçə nümayişlərinin ardınca başqa iğtişaşlar da baş verəcək.
Bunu “The Week” jurnalında dərc olunan məqaləsində amerikalı jurnalist Deymon Linker bildirib.
Onun sözlərinə görə, bu il ərzində ABŞ sakinləri artıq bir neçə zorakılıq qığılcımı görüblər: “Baltimorda baş verənlərdə dəhşətli məqamlar çoxdur. Eyni dəhşətləri biz ötən yay Ferqüsonda və Staten-Aylenddə və bu ay Şimali Çarlstonda gördük. Qaradərili amerikalılar açıq-aşkar adi vətəndaşlar və polis tərəfindən zorakılığa məruz qalıblar”.
Müəllifin sözlərinə görə, ABŞ-da sanki ayrı bir qrupun nə qədər dözümlü olduğunu yoxlamaq üçün xüsusi sadist eksperimenti aparılır, lakin hökumət münaqişənin səbəbləri üzərində işləmək istəmir.
Linker vurğulayıb ki, irqi ayrı-seçkilik və zorakılıq hallarına son verilməsə, ABŞ iğtişaşlarla yaxın gələcəkdə yenə üzləşə bilər və bu iğtişaşlara hazır olmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info