“Cənubi Azərbaycanda erməni vəhşiliyi” adlı konfrans keçirilib
Tarix: 01.05.2015 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Cənubi Azərbaycanda erməni vəhşiliyi” adlı konfrans keçirildi. Konfransda DAK rəhbərliyindən Dr. Cavad Derəxti, Prof.Dr. Qulamrza Səbri Təbrizi, Prof.Dr. Paşa Qəlbinur, Əjdər Tağızadə, Prof.Dr. Əliyar Səfərli, Prof.Dr. Məhəmməd Nəcəfzadə, Dünya Əliyeva və Elnur Eltürk, Əli Qasımov, Taleh Əliyev çıxış etdilər. Tədbirdə giriş sözü ilə çıxış edən DAK-ın Azərbaycandakı Nümayəndəliyinin sədri Səftər Rəhimli qeyd etdi ki, ermənilər 1918-ci ildə Şimali Azərbaycanın müxtəlif bölgələrində törətdikləri soyqırımından öncə eyni addımı 1915-ci ildən başlayaraq Cənubi Azərbaycanda atmışdırlar. Onun sözlərinə görə, ermənilər Urmuda, Xoyda və Salmasda evlərə vəhşicəsinə basqınlar edərək, dinc əhalini qətlə yetiriblər: “1915-ci ildə Petros adlı erməni komandanı quldur dəstəsi ilə birlikdə Azərbaycanlılara basqın edib, Əsgərxan məhəlləsində qanlı faciələr törədib. 159 gün davam edən qırğınlar nəticəsində 150 min Azərbaycan Türkü qətlə yetirilib. 1917-ci ildə isə erməni quldur dəstələri Urmiya və Xoy şəhərlərində qətliamlar törədiblər. Araşdırmalar göstərir ki, ümumilikdə Cənubi Azərbaycanda xüsusi ilə Cilovluq faciəsi başda olmaqla ermənilər tərəfindən qətlə yetirilən Azərbaycan Türklərinin sayı 300 min nəfər olub”. Səftər Rəhimli sonda təəssüf edərək bildirdi ki, Fransa, İngiltərə ilə birlikdə Rusların da bu qətliamların həyata keçrildiyi zaman ayaq izləri bu bölgədə görünməkdədir. DAK-ın fəxri sədri Qulamrza Səbri Təbrizi bildirdi ki, ermənilər bizə qarşı törətdikləri soyqırımı siyasətini adımıza çıxarmağa çalışırlar: “Bu baxımdan ermənilərə qarşı bütün Azərbaycanlılar birləşməlidir”. Professor Paşa Qəlbinur çıxışında qeyd etdi ki, hamı səfərbər olub həqiqəti sübuta yetirməlidir: “Həqiqət isə çox uzaqdan gəlir. Çox uzağa getməsək belə, gözümüzün qarşısında olan Xocalı faciəsi və Qarabağda baş verənlər ermənilərin vəhşiliyinin sübutudur. Dünya görməlidir ki, millətimiz cinayətkar bir dövlətlə üz-üzədir və onlar bizə qarşı bütün çirkin üsullara əl atırlar”. Azərbaycanın İrandakı keçmiş səfiri Akademik Əlyar Səfərli isə ermənilərə qarşı Cənubi Azərbaycanda böyük təbliğat işlərinin həyata keçirilməsinin vacibliyini vurğuladı və Cənubi Azərbaycanın son durumunu xatırladaraq Cənubili soydaşlarımıza sahib çıxılmasını bildirdi. DAK Daimi Şurasının sədri Əjdər Tağızadə,çıxışında Andranikin başçılığı altında Naxçıvandan keçerek Cənubi Azərbaycana gələn 4 minlik ermənilərdən ibarət qoşun, amansız qırğınlar heyata keçirirməsindən danişdı.Sonda erməni, fars-yalanlarına qarşı Cənubili-Quzeyli Azərbaycan Türklərinin birlikdə fəaliyyət göstərməsinin, Azərbaycan və Türkiyəyə bu məsələlərin təbliğində dəstək olmanın vacibliyini vurğuladı. Professor Məhəmməd Nəcəfzadə Cənubi Azərbaycanda baş vermiş dəhşətli qətliamlarla yanaşı 20 il bundan öncə baş vermiş Xocalı soyqırımını dünyanın görməməzlikdən gəldiyini və daha geniş təbliğat maşınının işə salınmasını təklif etdi. DAK Qadınlar Şurasının sədri Dünya Əliyeva soyqırımla bağlı tədbirlərin sistemli və daha sıx keçirilməsinin vacibliyini bildirdi. Diaspora Jurnalistlər Birliyinin İdarə Heyyətinin üzvü, Jurnalist Elnur Eltürk isə çıxışında, ermənilərin azərbaycanlılara qarşı törətdikləri hadisələrin xarici mətbuatda işıqlandırılmasına çalışmalıyıq: “Düşünürəm ki, biz yalnız bu yolla səsimizi dünyaya çatdıra bilərik. Ölkəyə gələn turistlərə ermənilərin vəhşilikləri barədə məlumat verməliyik. Hesab edirəm ki, bu məsələdə xaricdə yaşayan və təhsil alan gənclərin üzərinə böyük yük düşür. Onların potensialı böyükdür”. Ümüd Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev bu istiqamətdə fəaliyyətlərin artırılmasında siyasi partiyaların və diaspor təşkilatlarının rolundan danışdı. Qarabağ qazisi Əli Qasımov təbliğat işində xarici mətbuatda bu sahədə geniş ve dəqiq məlumatlara söykənən yazıların dərc edilməsinı bildirdi. Sonda mətbuat nümayəndələrinin sualları cavablandırıldı.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info