“ABŞ separatçı rejimə dövlət səviyyəsində yardım edir”
Tarix: 01.05.2015 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Sahib Alıyev: “Fürsət düşsə, Türkiyəni də bura qoşardılar”

Millət vəkili Sahib Alıyev Amerikadakı bəlli çevrələrin Azərbaycana qarşı qərəzli davranışları ilə bağlı fikirlərini bildirib: “Amerikadakı bəlli çevrələrin Azərbaycana qarşı qərəzli və hətta qəzəbli davranışlarının arxasında nə dayandığına bu ölkənin Ermənistandakı keçmiş səfiri Con Evans aydınlıq gətirib. O deyib ki, “2009-cu ildə Türkiyə Ermənistnla sərhədləri açmaq istəyirdi, rəsmi Bakının səyləri nəticəsində bu baş tutmadı“. Əgər nəzərə alsaq ki, Amerika Rusiyadan Donbasla sərhədləri bağlayaraq Ukraynanın izni olmadan ora nəsə göndərməməsini tələb edir, onda Vaşinqtondakıların iç üzləri bütün çılpaqlığıyla ortaya çıxır. Həmin məntiqlə onlar Türkiyəni Ermənistanla sərhədləri açmağa səsləməməli, əksinə Ermənistandan tələb etməli idilər ki, Azərbyacanın izni olmadan Dağlıq Qarabağa nəsə göndərə bilməz. Ancaq nəinki belə bir tələb yoxdur, əksinə, özləri separatçı rejimə dövlət səviyyəsində yardımlar edirlər və fürsət düşsə, Türkiyəni də bura qoşardılar. İçində az-çox vətənpərvərlik hissi daşıyan hər bir azərbaycanlı qərbpərəst və yaxud da şərqpərəstliyindən asılı olmayaraq təbii ki, bu siyasəti pisləməlidir. Ümumiyyətlə, özəlliklə də indi əsl azərbaycanlı nə qərbpərəst, nə də şərqpərəst olmamalıdır. Biz qərbcanlı və yaxud da şərqcanlı deyilik, biz azərbaycanlıyıq, demək, Azərbaycanpərəst də olmalıyıq”.
Göründüyü kimi, millət vəkili bu fikirlərində Qərbin və eləcə də ABŞ-dakı dairələrin sözügedən məsələlərdə ikili standartlara yol verdiklərini və ədalət baxımından yox, sırf öz maraqları baxımından çıxış etdiklərini nəzərə çarpdırır. Bu cür qeyri-obyektivlik və qərəzkarlıq isə dünyada ekspertlər və elə adi insanlar tərəfindən də artıq anındaca sezilir və ifşa edilir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info