Korrupsiyaya qarşı mübarizəyə Milli Fəaliyyət Planı 71.47% icra olunub
Tarix: 02.05.2015 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


“Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, “Konstitusiya” Araşdırmalar Fondunun əməkdaşlığı həyata keçirilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) monitorinqinin nəticələri əsasında hazırlanmış hesabat geniş ictimaiyyətə təqdim edilib. Monitorinq dövrü 2013-cü il sentyabr-2014-cü il dekabr aylarını əhatə edib.
Tədbiri girş sözü ilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva açıb.
Ə.Nuriyev bildirib ki, Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən MFP-nin monitorinqi ilə bağlı artıq ikinci hesabat təqdim olunur. Monitorinq nəticələri göstərir ki, MFP-də nəzərdə tutulan tədbilərin 2 il 4 ay ərzində orta icra göstəricisi 71.47% olub. 2012-ci lin sentyabrı və 2013-cü ilin sentyabrını əhatə edən dövr üçün bu göstərici 34% olmuşdu.
“Konstitusiya” Araşdırmalar Fondunun eksperti, layihə koordinatoru Zaur İbrahimov monitorinqin nəticələrini təqdim edib.
MFP dövlət qurumları, komitələr, bələdiyyələrə və dövlətə məxsus olan şirkətlər və başqa maraqlı tərəflər tərəfindən icrası nəzərdə tutulan 125 bənddə əks olunan tədbirlərdən ibarətdir. Ümumilikdə MFP təsdiq olunduqdan sonra 91 tədbirin icarsı artıq 2014-cü ildə başa çatması nəzərdə tutulmuşdu.
MFP-nin icrası ilə bağlı hesabatda qeyd olunur ki, daha geniş miqyasda qanunvercilik, prosedurların dəqiqləşdirilməsi, yenidən işlənməsi, müxtəlif sahələr üzrə inkişaf konsepsiyalarının hazırlanmsı və qəbulu həmçinin elektron xidmətlərin tətbiqi ilə bağlı baza tədbirlərin həyata keçirilməsi prosesi başa çatmaq üzrədir. MFP-nin icrasında dinamika müşahidə olunur.
Xüsusən qanunvericiliyin, ümumilikdə normativ bazanın, elektron xidmətlərin təşkili, dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərin, yeniliklərin tətbiqi, sahibkarlıq subyektlərinə yoxlamaların aparılması ilə bağlı yeni prosedurların tətbiqi, əhalinin sosial müdafiəsi, ünvanlı sosial yardımların, əillik dərəcəsinin verilməsində yeni mexanizmlərin tətbiqi ilə bağlı tədbirlərin hazırlanması, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsinə yönəlik tədbilərin həyata keçirilməsi pozitiv tendensiyalar kimi qeyd oluna bilər
Müşahidələr deməyə əsas verir ki, bir çox hallarda qanunvericiliyin tətbiqi ilə bağlı praktik problemlər qalır.
Monitorinq nəticələri göstərib ki, 2014-cü ildə başa çatması nəzərdə tutulan tədbilər də daxil olmaqla 53 tədbirin 100% icra edildiyini söyləmək olar. 30 tədbir 50% çox həyata keçirilib. 19 tədbir isə 50 % icra olunub. 11 bənd üzrə icra göstəricisi 30% aşağıdır.
“Maraqlar toqquşması haqqında” qanunun qəbulunun ləngiməsi, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi ilə bağlı irəliləyişin olmaması MFP-inin icrasında problemlər kimi vurğulanmalıdır.
MFP-də nəzərdə tutulan korrupsiyaya qarşı mübarizədə preventiv tədbilər və korrupsiya risklərini azalmasına yönəlik bir sıra tədbirlərin icrasının ləngiməsi də nəzərə çarpır. İlk növbədə lisenziya və icazələrin verilməsinin sadələşdirilməsi, vergi bəyyannamələrinin təqdim edilməsinin dövrülüyünün azaldılması, səhiyyə sistemində icbari tibbi sığorta sisteminə keçid, lombardların və daşınmaz əmlak alğı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin qəbulunda ləngimələr qeyd edilməlidir.
Monitorinq prosesi göstərdi ki, dövlət orqanları MFP ilə üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində hiss olunan dinamika nümayiş etdiriblər. 2013-2014-cü illər ərzində MFP-inin icarsı ilə əlaqədar olaraq 18 qanun layihəsi, bir məcəllə hazırlanıb.
2013-2014-cü illər ərzində MFP-inin icarsı ilə əlaqədar olaraq 2 konsepsiya, müxtəlif sahələrin tənzimlənməsi ilə əlaqadar 4 yeni qaydalar layihəsi hazırlanıb, 6 yeni qaydalar isə təsdiqlənib.
Korrupsiya riski çox böyük olan sahələrdə, dövlət satınalmaları, tenderlərin keçirilməsi, lisenziyalaşdırma, icazələrin verilməsi sahəsində korrupsiyaya qarşı mübarizə tədbirlərinin icrasında çox aşağı dinamika və irəliləyişin olması müşahidə olunur.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info