“Ukraynaya silah satışı yolverilməzdir”
Tarix: 02.05.2015 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Sabiq amerikalı prezident Cimmi Karter Barak Obamanın Kiyevi öldürücü silahlarla təmin etməyəcəyinə ümid edir. O, bu bərədə Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra “Amerikanın səsi” radiosuna verdiyi açıqlamada bildirib: “Mən çox istərdim ki, Ukraynaya - həm Kiyevə, həm də ölkənin şərqinə göndərilmək üçün nəzərdə tutulan öldürücü silahların qarşısı alınsın. Elə düşünürəm ki, prezident Barak Obama Ukraynaya silah göndərmək fikrindən vaz keçəcək”.
Bununla yanaşı o, əlavə edib ki, təcrübəli siyasətçilərin heç biri Amerikanın bu addımına dəstək vermir. Karter ötən il Amerikanın Ukraynanı silahla təchiz etməsinin tərəfdarı kimi çıxış edib. Keçmiş prezident bunu ona xatırladan jurnalistə bildirib: “Mən həmin dövrdə Ukraynanın qeyri-öldürücü hərbi avadanlıqlarla təchizatının tərəfdarı kimi çıxış edirdim. Bundan əlavə, həmin dövrdə münaqişədə həqiqətən ciddi problemlər var idi. Təchizat deyəndə mən əsasən ölkəni çadırlar və ya bu kimi bir şeylərlə təchizatının tərəfdarı kimi çıxış etmişəm”. Qeyd edək ki, Karter bildirib ki, Rusiya hazırda Avropa İttifaqı və ABŞ-la yaşanan gərginliyi aradan qaldırmağa çalışır: “Vaxtilə mən də prezident olduğum dövrlərdə çoxsaylı problemlərlə üzləşərək onların həlli yollarını axtarmışam. Ona görə düşünürəm ki, hər bir suveren lider öz xalqının maraqlarına cavab verən addımı atmalıdır. Məsələn prezident Putinin, Almaniya və ya Fransa ilə yaxşı əlaqələrinin olub, tutaq ki, Böyük Britaniya ilə olmamasında yanlış bir şey olduğunu düşünmürəm. Bununla belə, mən ABŞ-dan asılı olmayaraq Fransa və Almaniya kimi dövlətlərin Minsk sazişinin imzalanmasının təşəbbüskar, kimi çıxış etməsinə görə fəxr etdim. Bu, Ukraynadakı uzunmüddətli problemi həll etmək üçün ən yaxşı yoldur”. Cimmi Karter deyib ki, "Normand" və "Minsk" formatlarının genişləndirilməsi və ABŞ-ın bu danışıqlara daxil edilməsinə ehtiyac yoxdur: “Prosesdə Moskva, Kiyev, Paris və Berlinin iştirakı kifayətdir. Artıq müqavilə imzalanıb və yerinə yetirməlidir. Bununla belə, Minsk sazişinin həyata keçirilməsinin bütün dünya tərəfindən dəstəklənməsini arzulayıram”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info