Şahmatçıların reytinqi açıqlanıb
Tarix: 02.05.2015 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. May ayı üçün müəyyənləşən “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıb.
Qrossmeysterimiz Rauf Məmmədov ən güclülər sırasına döndüyü halda, yığmamızın aparıcı şahmatçıları - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov mövqelərini yaxşılaşdıra bilməyiblər. Belə ki, “Shamkir Chess 2015”də 6-cı olan Məmmədyarov ötən ayla müqayisədə 10 pillə geriləyib - 23-cü yer. Apreldə 19 reytinq xalı itirən həmyerlimizin aktivində hazırda 2735 xal var. Ay ərzində heç bir matç keçirməyən Rəcəbov “yerində sayıb”. 2738 reytinq xalı olan Teymur yenə 21-cidir. Onlardan fərqli, Məmmədov “Top-100”ə qayıdıb. 94-cü pilləyə yüksələn təmsilçimiz 2655 reytinq xalına malikdir. Reytinq cədvəlinin ilk “üçlüy”ündə də dəyişiklik baş verib. “Shamkir Chess 2015”i qalib kimi bitirən Maqnus Karlsen (Norveç, 2876) yenə birinci olduğu halda, yarışın ikincisi olan Vişvanatan Anand (Hindistan, 2804) reytinqdə də ikinci yerə qalxıb. Vüqar Həşimovun xatirə turnirində 4-cü olan italiyalı Fabiano Karauna (2803) isə 1 pillə geriləməklə, ilk “üçlüyü” qapayır. FİDE, həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlini yeniləyib. Sürətli şahmatçıların “100-lüy”ündə 4 təmsilçimiz yer alıb- Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov. Siyahıya Hukaru Nakamura liderlik edir. Blits növündə isə Rəcəbov 1 pillə geriləməklə 9-cu yerə düşüb. Onların aktivində 2808 xalı var. Əvəzində Məmmədovla Hüseynov irəliləyib. Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info