Norveç “Bakı-2015”ə nüfuzlu idmançılar gətirəcək
Tarix: 02.05.2015 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Norveç Olimpiya və Paralimpiya Komitəsi “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək 57 idmançıdan ibarət heyətin ilkin siyahısını acılayıb. Norveç komandasının heyətində qılıncoynadan Bartosz Piasecki və Olimpiya Oyunlarında yerlər tutmuş idmançılar Bakıya gələcəklər. B.Piasecki “London-2012” Olimpiadasının qılıncoynatma yarışında gümüş medal qazanıb.
“Bakı-2015”də iştirak edəcək səkkiz atıcıdan yeddisi Olimpiya Oyunlarında mübarizə aparmış idmançılardır. Atıcılıq üzrə 2013-cü ildə Avropa çempionu olmuş Malin Vesterheim, həmçinin Ole Magnus Bakken, Odd Arne Brekne və Ole-Kristian Brin də London Olimpiya Oyunlarında iştirak ediblər. Are Hansen həm Pekin, həm də London olimpiadalarında yarışıb. Tore Brovold “Pekin-2008”də stend atıcılığı üzrə gümüş medal qazanıb. Pal Hembre isə 1996-cı ildə keçirilən Atlanta Yay Olimpiya Oyunlarında mübarizə aparıb. Bakıda iştirak edəcək Norveç komandasının heyətinə “London-2012”də avarçəkmə yarışlarında iştirak edən Mira Veras Larsen də daxildir. Stiq Andre Berge yunan-Roma güləşi üzrə iki Olimpiya Oyununda mübarizə aparıb. Digər güləşçi Qreys Bullen isə Nankində yeniyetmələrin Olimpiya Oyununda qızıl medalın sahibidir. Velosiped idmanı yarışında Sven Erik Bystrom mübarizə aparacaq. O, 2014-cü ildə keçirilmiş yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb. Tore Navrestad isə velosiped üzrə 2013-cü ildə keçirilmiş Avropa çempionatında gümüş medala yiyələnib. Kamandan oxatma üzrə Bard Nestenq və Line Blomen Ridderstrom Olimpiya Oyunlarında mübarizə aparıblar. “Bakı-2015” Avropa Oyunlarında iştirak edəcək Norveç komandasının heyətində kamandan oxatmada 4, çimərlik voleybolunda 4, boksda 1, avarçəkmədə 2, velosiped idmanında 9, suya tullanmada 2, qılıncoynatmada 1, gimnastikada 6, karatedə 1, atıcılıqda 8, üzgüçülükdə 8, taekvondoda 2, triatlonda 3 və güləşdə isə 6 nəfər mübarizə aparacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info