“İsveçdə Avropa Oyunları ilə maraqlanan çoxdur, gəlmək üçün bilet almağa çalışırlar”
Tarix: 02.05.2015 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Rinkebu bələdiyyəsində şöbə rəisi İnger Askelöf:
“Avropa Oyunları xalqları bir-birinə yaxınlaşdıran körpü olacaq”


I Avropa Oyunları müstəqil Azərbaycan tarixində ən mühüm hadisələrdən biridir. Öz əhəmiyyətinə və miqyasına görə, bu Oyunlar Olimpiadaya bərabərdir və qlobal xarakter daşıyır. Hazırda xarici ölkə vətəndaşları, eləcə də orada yaşayan soydaşlarımız Bakıda birinci Avropa Oyunlarının keçirilməsini yüksək qiymətləndirir və bunun təbliğində mühüm rol oynadığını bildirirlər.

“Azərbaycanlılar son dönəmdə İsveç siyasi partiyalarında fəallaşıblar və güclü təbliğat aparırlar”

İsveç Kista bələdiyyəsinin sosial şöbəsinin rəisi, Yaşıllar Partiyası nəzdində Dilna Məhkəməsinin hakim köməkçisi, Avropa Azərbaycanlıları Konqresinin üzvü Leyla Kiani bildirdi ki, adətən hər hansı beynəlxalq tədbirin reklamı İsveçdə tədbirə təqribən 2 həftə qalmış aparılır: “Hətta bu ay keçiriləcək “Eurovision” mahnı yarışmasının təbliği başlayıb. Avropa Oyunlarına hələ 40 gün vaxt qalır. Adətən İsveç idmançıları dəvət aldıqları bütün beynəlxalq yarışlara qatılırlar. Mən lobbi fəaliyyəti ilə məşğul olduğuma görə iş yerimdə, üzvü olduğum Yaşıllar partiyasında, isveçli dostlarım arasında təbliğat aparıram və bu barədə məlumat verməyə davam edirəm. Avropa Oyunları ilə maraqlananlar çoxdur, gəlmək üçün bilet tapmağa çalışırlar. Üstəlik dəvətnaməni də əldə etmək o qədər də asan deyil. Düşünürəm ki, bu, böyük bir yenilikdir.

İsveç Muzeylər şöbəsinin rəisi Magnus Metz:
“Həm Oyunlara baxmaq, həm də Bakını görmək istəyirəm”


Bilirsiniz ki, Avropa Oyunları ilk dəfədir ki keçirilir və yarış Avropa üçün bir yenilikdir. Ümidvaram ki, Avropa Oyunları gözəl bir nəticə verəcək və davamlı olacaq. İdman oyunlarının bütün növləri maraqlı olduğuna görə, hansının daha çox və ya az maraq doğurduğuna cavab vermək çətindir. Məncə bütün idman növləri maraq doğurur və idmançılar məmnuniyyətlə bu yarışlara qatılacaqlar. İsveçdə son zamanların rezonans doğuran məsələ qondarma “erməni soyqırımı” ilə bağlıdır. Lakin diaspor və lobbiçilik fəaliyyətimizin nəticəsi artıq özünü göstərib.

Oliv Karlsson:“Azərbaycan belə möhtəşəm tədbirləri keçirməklə bir ilkə imza atır və bunun siyasi aləmdə də böyük önəmi var”

Belə ki, İsveç hökuməti soyqırımı tanıma fikrini geri götürüb və bu məsələni dondurub. Səbəb isə isveçlilərin artıq daha çox məlumatlandırılması olub. Azərbaycanlılar son dönəmdə müxtəlif İsveç siyasi partiyalarında fəallaşıblar və güclü təbliğatlar aparırlar. Bu isə öz nəticəsini verir. Lakin qeyd etməliyəm ki, bizim milli mədəniyyətimiz, musiqimiz, mətbəximiz haqqında çox az məlumata malikdirlər və buna daha çox maraq göstərdikləri hiss olunur. Hazırda qarşımızda bununla əlaqədar gözəl layihələrimiz var. Məsələn, İsveçdə Azərbaycan mədəniyyəti günləri planlaşdırılır. Eləcə də mayın 28-də səfirimiz Adış Məmmədov Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması günü və Avropa Oyunları ilə bağlı isveç ziyalı və diplomatik korpusuna təqdimat mərasimi keçirəcək. “Dama-dama göl olar” deyiblər. Biz fəaliyyətimizi davam etdiririk və nəticə almaqda da israrlıyıq”.
Rinkebu bələdiyyəsində sosial müdafiə və əmək məşğulluğu uzrə şöbənin rəisi İnger Askelöf isə Avropa Oyunları ilə bağlı deyir: "Adətən belə yarışmalar, tədbirlər xalqları bir-birinə yaxınlaşdırır, bir körpü olur. Ümid edirəm ki, Avropa Oyunları da belə yarışmalardan olacaq".
İsveç Yaşıllar Partiyasının ən tanınmış üzvü, Spanga bələdiyyəsinin Avropa şöbəsinin rəisi Oliv Karlssonun fikrinə görə, Azərbaycan belə möhtəşəm tədbirləri keçirməklə bir ilkə imza atır və bunun siyasi aləmdə də böyük önəmi var: “Belə ki, Azərbaycan özünü siyasi arenada tolerant və aktiv bir ölkə kimi göstərə bilir”. İsveç Muzeylər şöbəsinin rəisi Magnus Metz Avropa Oyunlarını yüksək qiymətləndirərək bu məqsədlə Bakıya gəlmək arzusunda olduğunu bildirdi: “Hazırda Oyunlar üçün bilet əldə etməyə çalışıram. Həm Oyunlara baxmaq, həm də Bakını görmək istəyirəm”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info