Cəlilabadda möhtəşəm Alov festivalı
Tarix: 04.05.2015 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarının məşəli mayın 3-də Biləsuvar rayonundan Cəlilabada istiqamət götürüb. Məşəl Bakıdan 210 kilometr məsafədə yerləşən Cəlilabada günortadan sonra çatıb.
Cəlilabad şəhərinin Qala qapısında Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.
Boks üzrə yeniyetmələr arasında dünya ikincisi İsmayıl Hüseynov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra estafeti 10 cəlilabadlı davam etdirdi. Dörd kilometr məsafə qət edən idmançılar rayon sakinlərinin alqışlarının müşayiəti ilə Heydər Əliyev prospektindən keçərək məşəli Heydər Əliyev Seyrəngahına gətirdilər. Futbol üzrə rayon yığma komandasının üzvü Elçin Hüseynov burada qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırdı. Tələbə Gülşən Nəcəfovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər “Bakı-2015”in rəmzi kimi rayonda saxlanılacaq.
Məşəl səyahətinin 7-ci günü Cəlilabad şəhərinin Heydər Əliyev Seyrəngahında möhtəşəm Alov festivalı keçirildi. Festivalı maraqla izləyən sakinlər bununla bağlı təəssüratlarını paylaşdılar, idmançılarımıza uğurlar arzuladılar. Onlara birinci Avropa Oyunları haqqında ətraflı məlumatlar verildi, suallar cavablandırıldı.
Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Məşəl estafetinin iştirakçısı, məşqçi Ceyhun Ağamalıyev dedi: “Birinci Avropa Oyunlarının məşəl estafetinin bütün bölgələrimizə səyahət edəcəyini eşidəndə çox sevindim. Çünki bu, Azərbaycanın tərənnümüdür, böyük başlanğıcda ölkəmizin bütün bölgələrinin iştirakı, onların da töhfəsinin olması deməkdir. Oyunlar ölkəmizdə idmanın tam yeni müstəvidə inkişafına təkan verəcək və məşəl yürüşünün də bu işdə özünəməxsus rolu olacaq. Çünki o, böyük şövqlə qarşılanır. Nə gizlədim, məşəl estafetinə dəvət edilməyim mənim üçün gözlənilməz olmadı. Çünki bu günə qədər gördüyüm işə, çəkdiyim zəhmətə daim yüksək qiymət veriblər. Amma bu yürüşün, estafetin iştirakçısı olmaq, həqiqətən, tam fərqli hisslər doğurur. Buna görə çox xoşbəxtəm. Oyunlar zamanı idmançılarımıza yetərincə dəstək verəcəyik. Yarışları tribunalarda yetirmələrimlə izləyəcəyəm ki, bu ab-havanı, böyük yarış hissini indidən mənimsəsinlər”.
Rayon gənclər və idman idarəsinin rəisi Ramin Nuriyev Alov festivalının əsl idman bayramı olduğunu bildirərək dedi: “İlk dəfə keçirilən Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir və hər birimizdə qürur doğurur. İdmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar Azərbaycanı idman ölkəsi kimi tanıdıb. İnanıram ki, idmançılarımız bizi birinci Avropa Oyunlarında da yeni qələbələrlə sevindirəcəklər”.
Şagirdləri ilə yürüş iştirakçılarını qarşılamağa gələn Cəlilabad rayonunun Sabirabad kənd tam orta məktəbinin müəllimi Vüsalə Babayeva isə sevincini bu sözlərlə ifadə etdi: “Biz tarixi bir hadisənin iştirakçılarıyıq. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimaddır. Hamımız sevinirik. Bizə bu sevinci bəxş edən Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Beləcə, sayca üçüncü Alov festivalı da “Bakı-2015”in daha bir unudulmaz xatirəsinə çevrildi. Mayın 4-də məşəl karvanı Salyan və Neftçalaya yollanacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info