Nazir: “Avropa Oyunlarında məktəbli idmançılarımız yüksək nəticə əldə edəcəklər”
Tarix: 04.05.2015 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarov nazirliyin nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançılarla görüşüb.
Nazir idmançılarla görüşdə bildirib ki, I Avropa Oyunlarında iştirak üçün vəsiqə qazanmaq böyük şansdır: “Şadam ki, bu mötəbər yarışda Azərbaycanı təmsil edəcək idmançılar arasında Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri də var. İnanıram ki, Avropa Oyunlarına qatılacaq idmançılarımız yüksək nəticə əldə edəcəklər və qazanılan qələbələrdə sizlərin də rolu olacaq. Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurlara imza atırlar, Vətənə qələbə ilə dönürlər. Azərbaycan dövləti idmana böyük diqqət və qayğı göstərir. Sizin hazırlıq səviyyənizin yüksək olmasına inanıram və nazirlik olaraq sizin hər birinizə hazırlıq mərhələsində dəstək olmağa hazırıq. Məlumdur ki, öz ölkəndə çıxış etmək daha asandır, amma bunun psixoloji tərəfləri də var ki, hər kəs idmançıdan yaxşı nəticə gözləyir. Mən sizin hər birinizə inanıram. Hansı nəticəni göstərməyinizdən asılı olmayaraq, biz sizinlə yenə görüşəcəyik”.
Görüşdə qeyd olunub ki, Təhsil Nazirliyi sistemində 368 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 95-i uşaq-gənclər idman məktəbi, 66-sı uşaq-gənclər şahmat məktəbi, 1-i uşaq-gənclər fiziki hazırlıq klubudur. 162 idman məktəbinin 5072 qrupunda 58005 nəfər şagird məşğul olur, 3490 nəfər məşqçi-müəllim çalışır. İdman məktəblərində 28 idman növü inkişaf etdirilir ki, onlardan 21-i olimpiya idman növüdür. Hazırda I Avropa Oyunlarının Proqramına daxil edilən idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş 14 idman növü üzrə zona yarışları keçirilir. Oyunlarda Azərbaycanı təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdir. Onlar 7 idman növü üzrə mübarizə aparacaqlar.
Görüşün sonunda idmançılara Təhsil Nazirliyi adından xatirə hədiyyələri təqdim olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info