Regionlarda “Məktəbimizi tanıdaq” layihəsi keçirilir
Tarix: 04.05.2015 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Qulu Əsgərov adına Salyan Uşaq İncəsənət məktəbi ulu öndər Heydər Əliyevin anadan olmasının 92 il dönümü münasibəti ilə konsert turuna start verib. “Məktəbimizi tanıdaq” adlı layihəyə ilk olaraq Cəlilabad rayonundan başlanılıb. 80 nəfərdən çox heyətlə konsertə başlayan Salyan Uşaq İncəsənət məktəbinin kollektivi, Cəlilabadda klassik və bəstəkar əsərləri, həmçinin xalq mahnıları ifa edib, dinləyicilərə xoş anlar yaşadıblar. Məktəbli rəqqasların çıxışları da yadda qalan olub.
Milli liderin xatirəsinə həsr olunan konsertin növbəti ünvanı Biləsuvar rayonu olub. Salyan Uşaq İncəsənət məktəbinin şagird və müəlimlərindən ibarət musiqi kollektivi burda da geniş konsert proqramı ilə çıxış ediblər. Üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışan kollektiv hər iki rayonda yüksək əhval-ruhiyyə ilə qarşılanıb.
Salyan Uşaq İncəsənət məktəbinin milli lider Heydər Əliyevin anadan olmasının 92 il dönümünə həsr etdiyi konsertin növbəti ünvanı Hacıqabul rayonu və Şirvan şəhəri olub.
300 nəfərlik mədəniyyət sarayında rəngarəng konsert proqramı ilə çıxış ediblər. Məktəbli musiqiçilər bu həftə Neftçala və Salyan rayonlarında konsert verəcəklər.


Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info