Ə.Əhmədov: “Azərbaycana qarşı qarayaxmalar ilk Avropa Oyunlarının keçirilməsinin üzərinə kölgə sala bilməyəcək”
Tarix: 04.05.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


“Azərbaycana qarşı qarayaxmalar İlk Avropa Oyunlarının keçirilməsinin üzərinə kölgə sala bilməyəcək”. Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, Azərbaycan xarici dairələrin qarayaxmalarına müəyyən qədər alışıb: “Bir neçə il bundan öncə Azərbaycanda mötəbər “Avroviziya” mahnı yarışması keçiriləndə də belə hallarla qarşılaşmışdıq. Amma Azərbaycan bu yarışmanı çox yüksək səviyyədə keçirdi. Tədbir “Avroviziya” mahnı müsabiqəsi tarixində yeni səhifə yazmağa nail oldu. Artıq İlk Avropa Oyunlarının keçirilməsi üçün bütün zəruri hazırlıq işləri başa çatdırılıb. İştirakçı tərəflər məlumdur və çox az müddətdən sonra onlar öz missiyalarını yerinə yetirəcəklər. Azərbaycanın adı İlk Avropa Oyunlarının keçirildiyi məkan kimi bu oyunların tarixinə yazılacaq”.
Ə.Əhmədov vurğulayıb ki, İlk Avropa Oyunlarının keçirilməsi məsuliyyətini öz üzərinə götürmüş Azərbaycana daha diqqətli yanaşmaq ədalətli olardı: “Amma biz bunun əksini görürük. Bu gün Azərbaycana qarşı ABŞ, Avropanın bir çox dairələrindən qarayaxma kampaniyası aparılır. Onlar Azərbaycanın gördüyü bu işin üzərinə kölgə salmağa çalışırlar. Bütün bunların hamısı nə qədər ikili standartların təzahürü olsa da, Azərbaycanın haqq işini həyata keçirməsinə maneə ola bilməyəcək. Biz öz işimizi görürük və üzərimizə götürdüyümüz öhdəliyi layiqincə yerinə yetiririk. Kim buna hansı gözlə baxırsa, öz işidir. Güman etmirəm ki, bu hərəkətlər, qarayaxma kampaniyası onu həyata keçirənlərə başucalığı gətirsin. Görünən odur ki, onlar daxilən belə missiyaları həyata keçirməyə kökləniblər, həmişə belə işlərlə məşğul olurlar”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info