Əcnəbi diplomatlar Avropa Oyunları Əməliyyat Komitəsində
Tarix: 04.05.2015 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


İsveçrədə və Lixtenşteyndə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçılarından ibarət nümayəndə heyəti mayın 4-də “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində yaradılan şəraitlə tanış olublar.
Qonaqlara ilk Avropa Oyunları, iştirakçı ölkələr, atletlər, baş ofisdə yaradılan şərait barədə ətraflı məlumat verildi.
Bildirildi ki, ilk Avropa Oyunları Asiya, Panamerika, Ümumafrika və Sakit Okean oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. Bu, qitənin 50 ölkəsindən 6 mindən çox atletin mübarizə aparacağı çoxşaxəli idman yarışıdır. İlk Avropa Oyunlarının keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya komitələrinin 41-ci Baş Assambleyasında qəbul olunub. Məhz bu tədbirdə 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququ Bakıya verilib. İlk Avropa Oyunlarında 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya olmaqla idmanın 20 növü üzrə 253 dəst medal uğrunda mübarizə aparılacaq. Bundan başqa, idmanın 12 növü - kamandan oxatma, atletika, çimərlik voleybolu, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və güləş üzrə “Rio-2016” Yay Olimpiadasına təsnifat imkanları təqdim olunacaq.
Diqqətə çatdırıldı ki, Oyunlara hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin, eləcə də Əməliyyat Komitəsinin fəaliyyəti nəticəsində yarışların yüksək səviyyədə keçirilməsi üçün görülən bütün işlər artıq başa çatmaq üzrədir.
Qeyd olundu ki, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına nəinki qitə, eləcə də dünya ictimaiyyəti böyük maraq göstərir. Təsadüfi deyil ki, Oyunların açılış mərasimində Avropanın 20-dən çox ölkəsinin dövlət və hökumət başçıları, eləcə də 40-a yaxın ölkədən nazirlər iştirak edəcəklər.
Qonaqlara, həmçinin “Bakı-2015”in idman və ulduz elçiləri barədə məlumat verildi. Bildirildi ki, Azərbaycanın və dünyanın idman, mədəniyyət, incəsənət, kino, televiziya və digər sahələrdə tanınmış xadimləri idman və ulduz elçiləri kimi Oyunların təbliğində fəal iştirak edirlər.
Daha sonra diplomatlar BEGOC-un əməliyyat mərkəzi ilə tanış oldular. Məlumat verildi ki, ilk Avropa Oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, informasiya, təhlükəsizlik və digər əməliyyatlar bu mərkəzdən idarə olunur. Mərkəzdə yerli və xarici mütəxəssislərin yüksək səviyyədə xidmət göstərmələri üçün ən müasir şərait yaradılıb.
Qonaqlar Oyunlar haqqında ətraflı məlumata görə dərin minnətdarlıqlarını bildirib, BEGOC-un baş ofisi ilə tanışlıqdan xoş təəssüratla ayrılıblar.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info